Mojo.az Banner
SON DƏQİQƏ
13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Ölkədən xaricə nə qədər elektrik enerjisi satılıb?

18.05.2021 11:58 2 904
Ölkədən xaricə nə qədər elektrik enerjisi satılıb?
2021-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycan xaricə 23 milyon 163 min dollar dəyərində 575 milyon 326 min 210 kVt/saat elektrik enerjisi ixrac edib.

Ümumi ixrac həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 169 milyon 508 min 700 kVt/saat və ya 22,8 faiz, ixracdan əldə etdiyimiz gəlir isə 11,1 milyon dollar və ya 32,5 faiz azalıb.

Təkcə aprel ayında 169 milyon 77 min 280 kVt/saat elektrik enerjisi ixrac edilib və bir ay ərzində elektrik enerjisi ixracından 7 milyon 16,5 min dollar gəlir əldə olunub. Azərbaycan ötən ilin aprel ayı ilə müqayisədə elektrik enerjisi satışını 2,2 dəfə azaldıb. Bir ay ərzində elektrik enerjisi satışından əldə edilən gəlir isə ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə azalıb.

Qeyd edək ki, elektrik enerjisi ixracından əldə edilən gəlir ümumi ixrac həcmindən əldə edilən gəlirin 0,4 faizini təşkil edib.скачать dle 11.3

Son xəbərlər