Mojo.az Banner
23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |     22:51 Özbəkistanda pensiya yaşı artırılır  |     22:43 "Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu  |     22:38 Bu işçilərlə bağlı qayda ləğv olundu  |     22:30 Sentyabrın ən sirli günləri: Bu bürclərin başına qeyri-adi hadisə gələcək  |     22:25 Uşağınız yaşıdlarından tez yorulursa, diqqət  |     22:16 "Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır  |     22:10 Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş  |     22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |     21:50 İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - VİDEO  |     21:41 Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə  |     21:35 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi  |     21:28 "Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək  |     21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda odlu silahlarla tutulan tanınmış həkim azadlığa buraxılıb

05.05.2025 17:58 1 218
Bakıda odlu silahlarla tutulan tanınmış həkim azadlığa buraxılıb
Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Uşaq ürək cərrahiyyə şöbəsinin rəhbəri olmuş Elnur Həsənov odlu və soyuq silah saxlamaq ittihamı ilə həbs edilib. Onun cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilib və azadlığa buraxılıb.

Median.Az
Musavat.com-a istinadən xəbər verir ki, 49 yaşlı Elnur Həsənov hotellərdən birinə bərbərə gedən zaman saxlanılıb. Onun avtomobilinin salon hissəsindən gümüşü rəngdə tapança aşkar edilib.

Maşının yük yerindən isə xeyli sayda ov zamanı istifadə olunan əşya tapılıb. Bundan sonra Elnur Həsənovun evinə baxış keçirilib, xeyli sayda silah-sursat aşkar edilib.

Evə baxış zamanı doqquz ədəd ov bıçağı, 366 kalibrli 300 ədəd patron, 12 kalibrli 125 ədəd patron, dörd ədəd ov silahı və beşbarmaq aşkar edilib.

Elnur Həsənov ov həvəskarı olub. Onun sözlərinə görə, gümüşü tapançanı parkda gəzən zamanı tapıb. Onun digər silahları rəsmi qaydada aldığı, şəhadətnamələrinin olduğu müəyyən edilib.

Qeyd edək ki, Həsənov həbs edildiyi gündən sonra uzun müddət işə getmədiyi üçün azad olunub.

Elnur Həsənov istintaq zamanı beş aydan artıq həbsdə qalıb. Məhkəmə onu törətdiyi əməllərdə təqsirli bilib və barəsində üç il azadlığın məhdudlaşdırılması cəzası təyin edib.

Həbsdə qaldığı müddət nəzərə alınaraq onun üzərində 2 il 1 ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. Həbsdən azad edilib. Həsənov bu müddət ərzində elektron qolbaqla gəzməli olacaq.

Elnur Həsənov açıqlamasında evindən çıxan silahları ova olan marağına görə əldə etdiyini deyib.

Hazırda evdə olduğunu bildirən həkim əlavə açıqlama vermək istəməyib:

"Özümə gəlməyə çalışıram".скачать dle 11.3
Mojo.az Banner