Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

77 yaşlı sabiq rəis elektron qolbaqda gəzəcək

05.05.2025 17:21 903
77 yaşlı sabiq rəis elektron qolbaqda gəzəcək
Kürdəmir Rayon Məhkəməsində mənimsəmədə ittiham olunan "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin tabeliyindəki Kürdəmir Melioservis İdarəsinin sabiq rəisi Talıb Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Marif Kazımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə T.Məmmədov barəsində iki il müddətə dövlət orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə iki il azadlığın məhdudlaşdırılması cəzası tətbiq edilib. Sabiq idarə rəisinə elektron nəzarət vasitəsi olan qolbaq tətbiq edilib.

İttihama görə, Talıb Sırac oğlu Məmmədov Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə təqsirləndirilib.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir Melioservis İdarəsində aparılan yoxlamalar zamanı ciddi pozuntular aşkarlanıb.

Məlum olub ki, T.Məmmədov həmin müəssisədə rəis olduğu vaxt qulluq mövqeyindən istifadə edərək "R-15 təsərrüfatlar arası beton kanalı" üzrə görülmüş əsaslı təmir işlərinə görə 18 601.20 manat, Şilyan-Qarasu ərazisində "OB 1 nov kanalın" üzərindəki hidrotexnik qurğuların əsaslı təmiri işləri üzrə 30 201.51 manat və "Qarasu-2 nasos stansiyasının diametri 500 mm-lik təzyiqli boru xəttinin" əsaslı təmir işləri üzrə 14 533.02 manat məbləğində artıq xərc hesablayıb. Həmin vəsaiti aktların doğruluğu sənədinə öz imzası ilə təsdiq edərək mənimsəmə və israf etmə yolu ilə talayıb.
//oxu.az

Son xəbərlər