Mojo.az Banner
22:40 Tanışlarının telefonunu satıb pulunu xərclədi, dələduzluğa görə məhkum edildi  |     22:33 Rotavirus uşaqlar üçün niyə təhlükəlidir? - Həkimlərdən xəbərdarlıq  |     22:28 İnterpol və 13 ölkədən birgə əməliyyat: 200-dən çox haker saxlanılıb  |     22:20 Bir gündə 116 mm yağıntı: Normadan artıq yağışların səbəbi nədir?  |     22:15 Azərbaycanda "halal" şirkətlərin milyonlarla borcu var  |     22:09 Kənd yumurtası bahalaşıb? (AÇIQLAMA)  |     22:01 Yeni kollektiv saziş: Sənəd əməkhaqqılarına necə təsir edəcək? (Video)  |     21:55 Keyfiyyətli yuxunun sirri - Elmi nəticə  |     21:38 Daha iki qrup zəvvar həcc ziyarətinə yola salındı  |     21:31 Gürcüstanın baş naziri: "Bakıda imzalanan sazişlər strateji tərəfdaşlığın daha da güclənməsinə töhfə verəcək"  |     21:26 Araz çəkildi, insan sümükləri üzə çıxdı - VİDEO  |     21:18 Sabah yollar dumanlı olacaq  |     21:13 Dondurulmuş məhsullar qida dəyərini itirir? - Video  |     21:05 Şakira məhkəmədə bəraət qazandı  |     21:00 Sabah 25° isti olacaq  |     20:52 Azad edilmiş ərazilərdə daha 57 mina aşkarlandı  |     20:47 "6 aylıqdan aşağı quzuların qurban kəsilməsi məqbul sayılmır" - Video  |     20:39 Yaralı əsgərlər bioloji silaha çevrilə bilərmi?  |     20:34 "Barselona"ya keçidinə görə üzr istədi  |     20:26 Azərbaycanın Ermənistana builki ixracının dəyəri 10 milyon dollara yaxınlaşıb  |    
Left Banner
Right Banner

DTX-nin həbs etdiyi şəxslərdən zərər görənlər ifadə veriblər

01.05.2025 16:05 606
DTX-nin həbs etdiyi şəxslərdən zərər görənlər ifadə veriblər
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən istintaqı aparılan kibercinayətkarlıq etməklə dövlət və ictimai xadimlərin adından müraciətlər hazırlamaqda ittiham olunan Rafiq Zöhrabov və Sərdar Niftəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Seyidovun sədrliyi ilə keçirilən proses zərərçəkənlərin ifadələri ilə davam etdirilib.

Cinayət işində zərərçəkən kimi tanınan Ülkər Xəlilova sərbəst ifadəsi zamanı təqsirləndirilənləri "WhatsApp" qruplarından tanıdığını deyib:

"Mənə dedilər ki, yeni layihəmiz var, yaxşı qazanc əldə etmək mümkündür. Məhsulları alırsan, sonra geri qaytarma edəndə qazanc əldə edəcəksiniz. Mən də razılıq verdim. Məhsulları aldım, geri qaytarma edəndə həqiqətən də gördüm ki, balansıma pul daxil oldu. Daha öncə xırda məbləğləri "m10" elektron ödəniş sistemi vasitəsilə bir neçə dəfə götürə bilsəm də, sonradan məbləğlər hesabda artdıqdan sonra çıxara bilmədim. Bunu onlara deyəndə bildirdilər ki, ikinci mərhələyə keçməlisən ki, blok açılsın. İki dəfə 1400 AZN olmaqla onların hesabına 2800 AZN və ayrı-ayrılıqlarda müxtəlif məbləğlər ödəməklə ümumi 4080 AZN ödəmişəm, bundan sonra hesabım ümumiyyətlə bloklandı".

Zərərçəkən həmçinin onu da bildirib ki, həmin şəxslər onunla Böyük Britaniya indeksli nömrə ilə əlaqə saxlayırmışlar.

Təqsirləndirilənlərin vəkilləri müdafiə etdikləri şəxslərin özlərinin də naməlum hakerlər tərəfindən zərər gördüklərini məhkəmənin diqqətinə çatdırıblar.

Digər zərərçəkən Elvar Məmmədzadə ifadəsində qeyd edib ki, o da həmin şəxslərin yaratdığı qrupla sosial şəbəkələr vasitəsilə tanış olub:

"Mənimlə ilk dəfə onlar əlaqə saxlayaraq təşkil etdikləri layihənin əhəmiyyətini izah etdilər. Ora qoyduğum pulların dəyərindən daha çox məbləğlər geri qaytarılmalıydı. Onlara bir neçə dəfə ayrı-ayrılıqda məbləğlər atdım. Az miqdarda ödənişlər etdilər, böyük məbləğlərə gəlincə hesab blok olundu. Daha sonra məndən digər mərhələlərə keçmək üçün əlavə vəsait istədilər. Ümümilikdə 7600 AZN köçürüldükdən sonra hesabım birdəfəlik blok oldu. Bunun səbəbini soruşduqda texniki problem olduğunu desələr də, sonra yoxa çıxdılar".

Növbəti zərərçəkən Cəbrayıl Nərimanov sözugedən onlayn maliyyə sistemi ilə "Telegram" vasitəsilə tanış olduğunu deyib:

"Mən bu günə qədər belə şeylərlə məşğul olmamışam. Videoçarx görmüşdüm, bəyənmişdim. Bundan sonra mənə link atıb bu oyun barədə danışdılar. Dedilər ki, 2 AZN-dən başlayır yatırımlar. Ümumi 5 mərhələdən ibarət olduğunu dedilər. Xırda məbləğlərdən sonra birdən-birə 980 AZN ödətdirdilər. Daha sonra 2800 AZN istədilər, bu pul isə olmadı məndə. Ümumilikdə 1480 AZN köçürmüşəm onlara".

Növbəti proses mayın 22-nə təyin edilib.

DTX-nin yaydığı məlumatda bildirilir ki, kibercinayət yolu ilə Azərbaycan Respublikası Prezidentinin, digər dövlət və ictimai xadimlərin adından süni intellekt proqramları - "deepfake" texnologiyaları vasitəsilə saxta videomüraciətlərin hazırlanması, bu yolla müxtəlif sosial şəbəkələrdə Dövlət Neft Şirkəti, "Kapital Bank", "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən iri məbləğlərdə qazanc vədi verən saxta elanlar yaymaqla vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi faktları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 272.2.1, 272.2.2, 273-2-ci və 178.3.1 maddələri ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə kompleks araşdırmalar aparılaraq kibercinayətlərin törədildiyi ölkələr müəyyən edilib, həmin dövlətlərin aidiyyəti orqanları ilə operativ prosessual əməkdaşlıq çərçivəsində beynəlxalq kibercinayətkar şəbəkə ifşa olunub, qeyd olunan cinayət əməllərinin qarşısı alınıb. Müəyyənləşdirilib ki, kibercinayətkarların yaratdıqları saytlara istinadən internetin Azərbaycan seqmentinin istifadəçilərinə təqdim edilən çoxsaylı saxta elanlarda vətəndaşlar müxtəlif investisiya layihələrinə pul vəsaiti yatırmağa dəvət edilib, köçürülmüş vəsaitlərin müntəzəm olaraq əhəmiyyətli dərəcədə artması görüntüsü yaradılıb, vəd edilmiş investisiya qazancının zərərçəkmiş şəxslərin bank kartlarına köçürülməsi adı altında, habelə kibercinayət yolu ilə sonuncuların kart məlumatları əldə edilərək həmin kartlardakı pul vəsaitləri ələ keçirilib. Azərbaycanın və digər ölkələrin vətəndaşlarının külli miqdarda pul vəsaitlərini analoji cinayət əməlləri ilə ələ keçirmiş beynəlxalq kibercinayətkar qruplaşmanın üzvləri Ukrayna ərazisində yerli hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb edilib, transmilli mütəşəkkil dəstənin cinayət əməllərinin törədilməsində iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşları - 1998-ci il təvəllüdlü Rafiq Mahir oğlu Zöhrabov və 1979-cu il təvəllüdlü Sərdar Əlixan oğlu Niftalıyev Azərbaycanda cinayət məsuliyyətinə cəlb olunub, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə araşdırmalar və beynəlxalq hüquqi əməkdaşlıqdan irəli gələn cinayət-prosessual tədbirlər davam etdirilir.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner