Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:00 Gələn il ərzaq bahalaşacaq - Dünya Bankı və BVF-dən yeni proqnozlar | 13:53 "Sabah"ın "Vikinq"ə qarşı oyunu hansı kanalda yayımlanacaq? | 13:46 İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar | 13:29 Paytaxtda yağış və tullantı suları problemi həllini tapır | 13:23 İctimai nəqliyyatda güzəştlər genişləndirilə bilərmi? – Deputatdan AÇIQLAMA | 13:13 Deputatların partiyalarına 6 milyon vəsait ayrılacaq | 13:12 Tibbi turizmin vəziyyəti araşdırılacaq | 13:10 Azərbaycan neftin fiskal qiymətini 20 dollar azalda bilər | 13:07 Qadınlar kişilərə pul kisəsi kimi baxmamalıdırlar – Psixoloq | 13:00 Bakıda 74 yaşlı qadının əməlləri: Torpağı qanunsuz zəbt etdi, müşahidə kamerasını sındırıb evi yardı | 12:59 Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi | 12:55 Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir | 12:54 Məşhur reper Timati Ukraynanın qara siyahısında | 12:18 Bakıda ticarət mərkəzinin qarşısında qəza: 80 yaşlı kişi öldü | 12:11 İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü | 12:11 Azərbaycan nefti ucuzlaşıb | 12:09 Astarada evdə dava: Gəlin qayınanasını döydü | 12:03 Bakıda nasosxanaya görə yol bağlanacaq - Foto | 12:00 UEFA Çempionlar Liqası: Bu gecə "Fənərbağça" və "Sabah" meydana çıxır | 11:56 Polşa prezidentinə qarşı cinayət işi başladıldı |
Mojo.az Avto
Mojo.az Avto

"Toplum TV" işində vəkillərin vəsatətlərinə baxılıb

24.04.2025 16:17 732
"Toplum TV" üzrə açılan cinayət işində təqsirləndirilən Akif Qurbanov, Ələsgər Məmmədli, Ruslan İzzətli, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, İlkin Əmrahov, Fərid İsmayılov və Elmir Abbasovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Oxu.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib.

Prosesin davamında təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılması ilə bağlı vəkillərin verdiyi vəsatətə baxılsa da, vəsatət təmin olunmayıb.

Növbəti proses mayın 5-nə təyin edilib.

Xatırladaq ki, ötən il martın 6-da "Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib.

"Toplum TV"nin həmtəsisçiləri Akif Qurbanov, Ələsgər Əhmədoğlu (Məmmədli), əməkdaşları və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində həbs qətimkan tədbiri seçilib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Daha sonra iş üzrə təqsirləndirilən şəxslərə qarşı əlavə olaraq ittihamlar (Cinayət Məcəlləsinin 162-1.1, 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1 maddələri ilə) irəli sürülüb.

Son xəbərlər