Mojo.az Banner
19:11 Pulu evdə bu yerlərdə gizlətməyin  |     19:03 Həm tox saxlayır, həm çəki artırmır: 9 sağlam qida  |     18:58 Bakı kəndlərində minlərlə ailə bu sudan istifadə edir – XƏBƏRDARLIQ!  |     18:51 Azərbaycanın qızlardan ibarət basketbol millisi Estoniyaya qalib gəlib  |     18:46 Avropada meşə yanğınlarının vurduğu ziyan açıqlandı  |     18:40 Ramzan Kadırovun böyük oğlu "Respublika Qəhrəmanı" oldu  |     18:31 Dünyada ərzaq bahalaşır: Qiymətlər rekord həddə çatdı  |     18:26 Girişi pullu edilən Ramramay şəlaləsinə qalxan yol bərbad vəziyyətdədir - VİDEO  |     18:18 Tarixi Vaşinqton görüşü nələri dəyişdi? - VİDEO  |     18:10 Cinayətdə şübhəli bilinən 52 nəfər saxlanıldı  |     18:05 Blogerin əri xanımının ad günündə vəfat edibmiş  |     17:56 Naxçıvandakı pensiyaçılara şad xəbər  |     17:53 İrandan Azərbaycana gətirilən narkotiki satmaq istəyən şəxslər saxlanılıb  |     17:50 Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür  |     17:34 Messidən unikal "rekord": Adı ABŞ polisinin hesabatında birincidir  |     17:15 Yandırılaraq öldürülən ər-arvadın FOTOSU  |     17:13 Tovuzda ikimərtəbəli evdə yanğın  |     17:05 Xarab olmuş kərə yağını anlamanın sadə yolları  |     16:56 Gürcüstanda azərbaycanlı TIR sürücülərinin bir qisminin problemi həll olunub  |     16:55 İnfantino ilə bağlı qalmaqallı ittihamlar: FIFA bəyanat yaydı  |    
Left Banner
Right Banner

"Toplum TV" işi üzrə tutulanların həbs müddəti uzadılıb

27.12.2024 13:46 2 424
"Toplum TV" işi üzrə tutulan şəxslərin həbs müddəti uzadılıb.

Median.Az
APA-a istinadla xəbər verir ki, bununla bağlı Xətai Rayon Məhkəməsi qərar çıxarıb.

Onların barələrində olan həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, bu ilin mart ayının 6-da sosial şəbəkələrdə "Toplum TV"nin ofisində axtarış aparılması, saxlanılanların olması ilə bağlı xəbərlər yayılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin yaydığı məlumata görə, paytaxtın Nərimanov rayonu, Y.V.Çəmənzəminli, ev 98B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər.

Həmin ay Bakı şəhəri Xətai Rayon Məhkəməsi Akif Qurbanov, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, İlkin Əmrahov, Ruslan İzzətli və Ələsgər Məmmədlinin həbsi ilə bağlı təqdimata baxıb və onların hər biri dörd ay müddətinə həbs olunublar.

Adları qeyd olunan şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.скачать dle 11.3
Mojo.az Banner