İlin ilk rübündə 58 milyon manat dəyərində narkotik maddə dövriyyədən çıxarılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 Kartofun qiymətində artım - Azərbaycanda bahalaşma Avropanı da geridə qoydu  |     22:55 Özbəkistan 200 min manata “qızıl viza” satmağa başlayır - Özəllikləri  |     22:49 "Ford" ticarət müharibəsinə görə Çinə avtomobil ixracını dondurdu  |     22:44 Restoranda ciddi nöqsanlar aşkarlandı - Sahibi cərimələndi  |     22:36 Nəqliyyat vasitələrinin idxalı artıb, payı azalıb  |     22:31 Azad edilmiş ərazilərdə mal-qara saxlanılmasına icazə verilirmi? - Rəsmi cavab  |     22:22 Xəstəlik vərəqi ilə bağlı YENİLİK  |     22:16 Peskov: Putin İran dosyesini Oman sultanı ilə müzakirə edə bilər  |     22:11 Plastik cərrahiyyə ilə bağlı sertifikat verən şöbə müdirləri barəsində məhkəmə qərar qəbul etdi  |     22:04 18 yaşlı azərbaycanlı tələbənin əsəri Dubayda 15 min dollara satıldı  |     21:59 Bu həftə "Tesla" və "Alphabet" gəlir açıqlayacaq - Davam, yoxsa...?  |     21:50 Yasamalda 150 illik ev uçur - VİDEO  |     21:44 Astarada dənizkənarı çirkabdan təmizləndi - VİDEO  |     21:36 Təlim və toplanışlara cəlb edilənlər iş yerini itirə bilərmi?  |     21:30 Azərbaycanlı blogeri aldadıb pulunu aldılar (VİDEO)  |     21:22 Puşkin küçəsində xüsusi hərəkət zolağı təşkil edilib  |     21:16 Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilir  |     21:11 Göygöldə 42 yaşlı şəxs dəm qazından boğularaq ölüb  |     21:02 Lənkəranda çörək sexinin qanunsuz fəaliyyəti dayandırılıb  |     20:57 Putin: Pasxa atəşkəsindən sonra hərbi əməliyyatlar yenidən başlayıb  |    

İlin ilk rübündə 58 milyon manat dəyərində narkotik maddə dövriyyədən çıxarılıb

2025-ci ilin yanvar-mart ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasından bildirilib ki, hüquq- mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2325 fakt qeydə alınıb.

Onlardan 679-u narkotik vasitələrin qanunsuz satışı, 1638-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 6-sı narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 2 ton 205 kq 009, 782 qram narkotik vasitələrin və psixotrop maddələrin1 ton 908 kq 958,14 qramını marixuana, 137 kq 897, 45 qramını heroin, 50 kq 206,512 qramını tiryək, 30kq 759,3 qramını həşiş, 21kq 101,767 qramını digər narkotik vasitələr və 56 kq 086,613 qramını psixotrop maddələr təşkil etmişdir. Həmçinin, göstərilən dövr ərzində 2174 ədəd metadon, 15 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülüb.

Qanunsuz dövriyyədən çıxarılmış 2 ton 205 kq 009, 782 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 58 milyon 539 min AZN kimi qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1068 nəfər cəlb edilmiş, onlardan 18 yaş -1 nəfər, 18-25 yaşadək 68 nəfər, 26 - 29 yaşadək 175 nəfər, 30 yaş və ondan yuxarı isə 824 nəfər təşkil edir. Həmin şəxslərdən 1034-ü kişi, 34-ü qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 28 nəfəri xarici ölkə vətəndaşıdır.

Məsuliyyətə cəlb edilmiş 28 xarici ölkə vətəndaşından 13-ü İran İslam Respublikası, 5-i Rusiya, 4-ü Gürcüstan, 5-i Türkiyə, 1-i Ukrayna vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 329 kq 497,152 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.

Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 58 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 711 kq 912,182 qr və 2174 həb metadon narkotik vasitə və psixotrop maddə və 13 155 ədəd həb güclü təsir edən maddə çıxarılıb.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 56 qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 581q 214,033 maddə müsadirə edilib.

415 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 496 kq 971,5 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

Təhlil göstərir ki, 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 584, qanunsuz satış ilə bağlı faktların sayı 142, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 438, narkotik tərkibli bitkilərin qanunsuz kultivasiya edilməsi faktlarının sayı 6, qrup halında olan cinayətlərin sayı 5 fakt,məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 547 nəfər azalıb.

2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin o, cümlədən heroinin çəkisi 133 kq 281,759 qr (49,2%), tiryəkin çəkisi çəkisi 2 kq 940,115 qr (5,5%),psixotrop maddələrin çəkisi 24 kq 020,838 qr (30,0%) azalıb.

Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 1 ton 908 kq 958,14 qr-n (86,5 %) marixuana təşkil etmişdir. Onun da 1 ton 729 kq 225,74 qramı (90,5%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olub. 179 kq 732,4 qramı (9,4 %) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib.

Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 2025-ci ilin 28 yanvar tarixində qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən 24 qərar əsasında barəsində məhvetmə qərarı qəbul edilmiş 5 ton 168 kq 332,011 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr yandırma üsulu ilə məhv edilmişdir.

Eyni zamanda qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyaların birgə təşkilatçılığı 754 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş ümumi çəkisi 19 kq 621,973 qr müxtəlif narkotik vasitələr, psixotrop maddələr və 129 ədəd çətənə bitkisinin məhv olunması təmin edilmişdir.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 22317 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1202 nəfərdən 696 nəfərinin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

2025 ilin yanvar-mart ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 204 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 22-si narkotik vasitələrin qanunsuz dövriyyəsi, 23-ü narkotik asılılıqdan müalicə, 159-u isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 45 məktub ünvanlanmışdır.

802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            129 21.04.25 19:40