Mojo.az Banner
17:09 Venesueladakı dağıdıcı zəlzələdə ölənlərin sayı dörd mini ötdü  |     17:09 Azərbaycan nefti ucuzlaşıb  |     17:08 Ucarda kanalda batan yeniyetmənin MEYİTİ TAPILDI  |     17:03 DÇ-2026-da 1/4 finala yekun vurulacaq: Norveç İngiltərəyə, Argentina isə İsveçrəyə qarşı  |     16:50 Leyla Əliyeva yeni şeirini paylaşıb - FOTO  |     14:08 Uşaq anasını vurursa, bu nəyin əlamətidir? - Psixoloqdan vacib açıqlama  |     13:44 Gürcüstanda dəhşətli hadisə: 15 yaşlı Əli Azərbaycan dilində danışdığı üçün bıçaqlandı - VİDEO  |     13:38 Bakıda internat məktəbinin həyətində BIÇAQLANMA: Saxlanılan var (Yenilənib)  |     13:19 Suda boğulan şəxsə ilk yardım: Xilasedicidən həyat qurtaran məsləhətlər  |     13:16 Fatiməni öldürən qohumu Batumi aeroportunda saxlanıldı - FOTO / VİDEO  |     13:10 Sabirabadda məktəbdə yanğın olub  |     23:01 "Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi  |     22:45 FHN-dən əhaliyə müraciət  |     22:36 "Qaradağ Şüşə Zavodu" özəlləşdirilib  |     22:31 Bu ölkədə üçgünlük matəm elan edildi  |     22:24 İyulun şanslı bürcləri  |     22:18 Rus ordusu Kramatorsku vurdu: ölənlər var  |     22:10 Qorxmaz Əlilicanzadə üz iflici keçirdiyini açıqladı  |     22:03 Bakı-Naxçıvan reysləri buna görə ləğv edilirmiş - RƏSMİ  |     21:56 Rusiya Alyaskanı dəyərindən ucuz satdı: ABŞ-a milyardlar qazandıran müqavilə  |    
Left Banner
Right Banner

Musiqi müəlliməsi icra başçısına müavin TƏYİN OLUNDU

21.04.2025 12:57 606
Musiqi müəlliməsi icra başçısına müavin TƏYİN OLUNDU
Şəki şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib.

Median.Az
Banker.az-a istinadən xəbər verir ki, RİH başçısı Elxan Usubovun əmri ilə Xəyalə Töhrab qızı Töhrablı başçının müavini təyin edilib.

Bununla da başçının müavinlərinin sayı ikiyə yüksəlib, ancaq I müavini vəzifəsi hələ ki, vakantdır.

Xəyalə Töhrab qızı Töhrablı Şəki şəhər Uşaq İncəsənət məktəbinə Tədris işləri üzrə direktor müavini vəzifəsində çalışırdı.

Xəyalə Töhrablı 9 fevral 1986-cı ildə Şəki şəhərində anadan olub.

2000-2004-cü illərdə Şəki Musiqi Texnikumunu fortepiano ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

2004-2008-ci illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını fortepiano ixtisası üzrə bitirib.

2013-2015-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində İnstrumental ifaçılıq, instrumental ifaçılığın tarixi nəzəriyyəsi və metodikası ixtisası üzrə magistr elmi dərəcəsi alıb.

2015-2019-cu illərdə Bakı Musiqi Akademiyasında Dissertant (Sənətşunaslıq üzrə) olub.

2006-cı ildən 2024-cü ilə qədər Şəki Musiqi Texnikumunda müəllim vəzifəsində çalışıb.скачать dle 11.3
Mojo.az Banner