Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Quruması üçün sərilən xalçanı oğurlayıb "bit bazarı"nda satdı

19.04.2025 21:26 873
Quruması üçün sərilən xalçanı oğurlayıb
Bakıda yaşadığı binanın qarşısında quruması üçün asılmış xalçanı oğurlayaraq "bit bazarı"nda satan şəxs həbs olunub.

Qaynarinfo-nun məlumatına görə, 1989-cu il təvəllüdlü K.R. saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən protokol tərtib edilərək iş məhkəməyə göndərilib.

Məhkəmədə müəyyən olunub ki, zərərçəkmiş V.X. saat 15:00 radələrində 4 kvadratmetr ölçüsündə olan xalçanı quruması üçün yaşadığı binanın qarşısındakı dəmir dirəyə asıb. Axşam saat 22:00 radələrində xalçanı götürmək istədikdə, onun oğurlandığını aşkarlayıb.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, oğurluq hadisəsi V.X.-nın qonşusu K.R. tərəfindən törədilib. K.R. xalçanı "bit bazarı"nda fəaliyyət göstərən satıcılardan birinə 60 manata satıb. Zərərçəkmiş isə dəyəri 400 manatdan artıq olan xalçanı həmin bazarda görərək geri alıb.

Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxsə 15 sutka müddətinə inzibati həbs cəzası verilib.

Son xəbərlər