Mojo.az Banner
23:01 Alqoritmi özünüz idarə edəcəksiniz - İnstaqramdan yenilik  |     22:54 Məktəb qarşısında təhlükə yaradan sürücü cəzalandırıldı - Video  |     22:48 Bu ölkədə nəm salfetlərin satışı qadağan ediləcək: Səbəb nədir?  |     22:42 TƏBİB-ə işə düzəltmə adı ilə dələduzluq  |     22:41 İcra Hakimiyyəti şəhid anasının probleminə biganə yanaşır - ŞİKAYƏT  |     22:35 Turistlər Azərbaycana ən çox nə üçün gəlir?  |     22:24 Azərbaycanın tənhaları - Sayı açıqlandı  |     22:15 WhatsApp istifadəçilərə telefon nömrəsi əvəzinə istifadəçi adı ilə əlaqə yaratmaq imkanı verəcək  |     22:09 Belarus və Azərbaycan strateji tərəfdaşlığı möhkəmləndirməyə davam edir  |     22:01 Ali Məhkəmə Trampın fərmanını rədd etdi  |     21:55 Ən çox saxtalaşdırılan məhsullar hansılardır? - SİYAHI  |     21:50 Azərbaycana gətirilən uşaq qidasının tərkibində toksinlər aşkar edilib - Tonlarla məhsul geri qaytarılıb  |     21:43 Azərbaycanda hormonlu broyler toyuqları yetişdirilir? - AQTA sədri AÇIQLADI  |     21:37 Sabah bəzi ərazilərdə qaz kəsiləcək  |     21:29 Türkmənistan Azərbaycanın hədiyyəsini təmtəraqla qarşıladı - Video  |     21:24 30 il əvvəl törədilən qətllə bağlı cinayət işi məhkəməyə göndərilib  |     21:15 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib  |     21:10 Azərbaycan şahmatçılarının mövqeyi bəlli oldu  |     21:03 Yasamalda vətəndaşın evinin qanunsuz sökülməsi iddialarına cavab  |     20:56 Futbol üzrə I və II Liqalarda yeni mövsümün start tarixləri müəyyənləşdi  |    
Left Banner
Right Banner

Bakıda it oğurlayan şəxs həbs edildi

09.08.2025 16:38 639
Bakıda it oğurlayan şəxs həbs edildi
Oğurladığı iti Bakı Beynəlxalq Avtovağzal Kompleksində gəzintiyə aparan şəxs həbs edilib. 

Median.Az
 qaynarinfo-ya istinadən xəbər verir ki, saxlanılan 1988-ci il təvəllüdlü F.Q. barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb. 

Məhkəmədə məlum olub ki, 6 avqust 2025-ci il tarixdə zərərçəkmiş C.H. iti gəzdirmək üçün əraziyə çıxarıb və naməlum şəraitdə heyvan oğurlanıb. Təqsirləndirilən şəxs isə bildirib ki, gecə saatlarında özünə məxsus olan iti gəzdirən zaman Baş Dövlət Yol Polis İdarəsinin Ekologiya Postunun yanından keçərkən bir itin dəmir dirəyə bağlandığını görüb. Bazar dəyəri 450 manat olan "Malinka" cinsli iti götürərək yaşadığı evə aparıb. 

Həmin günün səhəri itlə birlikdə Avtovağzal ərazisində yerləşən gül mağazasında olan zaman zərərçəkən ona yaxınlaşaraq, heyvanın ona məxsus olduğunu bildirib. F.Q. könüllü şəkildə iti sahibinə vermədiyi üçün hadisə yerinə Abşeron rayon Polis İdarəsinin əməkdaşları çağırılıb və təqsirləndirilən şəxs saxlanılıb. 

Məhkəmənin hökmü ilə F.Q. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və 25 gün həbs edilib.скачать dle 11.3
Mojo.az Banner