Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Sumqayıtda mənzillərin su sayğaclarına qənim kəsilən şəxslər SAXLANILDILAR

19.04.2025 13:31 783
Sumqayıtda mənzillərin su sayğaclarına qənim kəsilən şəxslər SAXLANILDILAR
Sumqayıtda 14 mənzilin su sayğacını oğurlayan şəxslər saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə təqsirli bilinən 39 yaşlı A.Məhərrəmov, 33 yaşlı A.İskəndərova və 31 yaşlı S.İskəndərova tutulublar.

Həmin şəxslər saxlanılarkən üzərlərində psixotrop maddə olan metamfetamin də aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

Son xəbərlər