Nəsimi rayonunda quldurluq edən ŞƏXSLƏR SAXLANILDILAR
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş - 28 yaşlı H.Tairov və 23 yaşlı K.Dəvrişov saxlanılıblar.
Araşdırmalarla həmin şəxslərin 42 yaşlı digər bir vətəndaşa da fiziki zor tətbiq edərək mobil telefonunu və bank kartını taladıqları məlum olub.
Faktlarla bağlı araşdırmalar aparılır.