Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:49 Abşeron rayonunda silsilə oğurluqlar edən şəxs saxlanıldı | 14:22 Azərbaycanda minimum maaşdan gəlir vergisi tutulmaya bilər | 13:58 24 ilin sirri açıldı: Neft Akademiyasındakı qətldə keçmiş tələbə şübhəli bilinir | 13:25 Dələduzluğa görə həbs edilən 74 yaşlı qadının FOTOSU | 13:22 Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu | 13:08 Hikmət Hacıyevdən Azərbaycan Televiziyası və Radiosu Günü ilə bağlı paylaşım - FOTO | 13:06 Taksi sürücüləri üçün yenilik: Daha çox vergi ödəyəcəklər | 13:04 Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq | 13:03 İlham Əliyev və Mehriban Əliyeva Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər | 13:02 Azərbaycanda çips niyə vergiyə cəlb olundu? | 13:00 Yas məclisində gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı | 12:59 Meksika mətbuatı Prezident İlham Əliyevin strateji liderliyini yüksək qiymətləndirib - FOTO | 12:58 "Sabah"ın məğlubiyyətindən sonra Azərbaycanın UEFA reytinqində mövqeyi | 12:57 Bəzi şəxslər dövlət rüsumundan azad ediləcəklər | 12:56 Yük maşını bataqlığa düşdü - Vətəndaşlar köməksiz qaldılar | 12:55 Meteohəssas insanların nəzərinə: Yerdə maqnit qasırğası baş verəcək | 12:54 Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü | 12:53 Maliyyə Nazirliyinin səlahiyyətləri artırıldı | 12:51 Azərbaycanda tanınmış xanəndənin əri həbs olundu | 12:50 Kənd təsərrüfatında uçot qaydaları dəyişdi: Təkrar əkinlər də ayrıca hesablanacaq |
Mojo.az Avto
Mojo.az Avto

Çayxana sahibi 50 qəpikdən qumar oynadılar - Cərimə edildilər

18.04.2025 21:27 828
Çayxana sahibi 50 qəpikdən qumar oynadılar - Cərimə edildilər
Goranboy rayonunda çayxanada 50 qəpik məbləğində qumar oynayan çayxana sahibi inzibati məsuliyyətə cəlb edilib.

1997-ci il təvəllüdlü D.R. saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə protokol tərtib olunub.

D.R. Goranboy rayonunun Zeyvə kəndində yerləşən çayxanada çay satışı ilə məşğul olub və bu yolla ailəsini dolandırıb. 3 mart 2025-ci il tarixində kənd sakinləri B.N., X.Z., M.D. və B.V. onun işlətdiyi çayxanaya gələrək qumar oynamaq istədiklərini bildiriblər. D.R. qumar oyunlarına maraqlı olduğu üçün bu təklifə razılıq verib və özü də oyuna qoşulub.

Onlar masa arxasında əyləşərək 50 qəpikdən qumar oynamağa başlayıblar. Bir müddət sonra polis əməkdaşları çayxanaya daxil olaraq prosesi videoya alıb və iştirakçıları saxlayıblar.

Məhkəmənin qərarı ilə D.R.-in çayxanasında 36 ədəd oyun kartı və 25 manat pul maddi sübut kimi müsadirə olunub. Çayxana sahibi 3000 manat məbləğində cərimə edilib. Qumar oynayan digər şəxslər də cərimələniblər.//qaynar.az

Son xəbərlər