Mojo.az Banner
21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |     20:53 Universitetlərdə "TikTok" diplomu dövrü başlayır - Bu ölkələr qərar verdi  |     20:48 Yeni "Harri Potter" serialı narazılıq yaratdı: Nə baş veri? (VİDEO)  |     20:40 Payızda səhərlər yuxudan oyanmaq niyə çətin olur?  |     20:35 Yaşıllıqlara 47 540 manat ziyan dəyib  |     20:29 Zəngəzur Milli Parkında bəbir balalarının sayı artıb  |     20:22 Azərbaycanda bu qədər şəxsin pensiyası artacaq  |     20:17 “Bakı Metropoliteni”nə yeni səlahiyyət verildi  |     20:09 Süni intellekt şöbəsinin işçilərinin kompüteri yoxdur? - AMEA prezidentindən açıqlama (VİDEO)  |     20:04 “Elə məbləğ desinlər ki, dördotaqlı evdən çıxanda ikiotaqlı ala bilək” - Səbaildə narazılıq (VİDEO)  |     19:55 Şənbə günü Azərbaycanda güclü yağış yağacaq  |     19:50 Xanım məktəb direktoru nöqsanlara görə işdən çıxarıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

20 qəpkdən qumar oynadılar, 3 min manat cərimələndilər

16.10.2023 20:20 1 137
20 qəpkdən qumar oynadılar, 3 min manat cərimələndilər
Göyçayda avtobus dayanacağını qumarxanaya çevirən şəxslərlə bağlı məhkəmə qərar verib.

Qaynarinfo-nun məlumatına görə, polis tərəfindən sentyabrın 28-də gecə saat 23:00 radələrində Göyçay rayonu Hacalıkənd kəndi ərazisində yerləşən dayanacaqda pul müqabilində qumar oyunayan şəxslər saxlanılıb.

Hacalıkənd kənd sakinləri 2002-ci il təvəllüdlü Elbrus Xəlilov, 1989-cu Anar Şıxaliyev və 1982-ci il təvəllüdlü Əziz Əhmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə protokol tərtib edililərək, iş məhkəməyə göndərilib.

Məlum olub ki, sözügedən avtobus dayanacağında həmkəndlilər 20 qəpikdən kartla qumar oynayıblar. Saxlanılan zaman polislər 2 manat pulu və 36 ədəd kartı maddi sübut kimi götürüblər.

Məhkəmənin qərarı ilə Anar Şıxaliyev və Əziz Əhmədov 3000 min manat cərimə edilib. Elbrus Xəlilov barəsində tətbiq olunan inzibati xəta protokoluna isə xitam verilib.скачать dle 11.3
Mojo.az Banner