Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

"Vaqa" ləqəbli tiktoker Vüqar Zeynalovun həbs müddəti uzadılıb.

18.04.2025 13:46 1 062
Polis tərəfindən "TikTok" əməliyyatlarında saxlanılan "Vaqa" ləqəbli tiktoker Vüqar Zeynalovun həbs müddəti uzadılıb.

Median.az-ın məlumatına görə, bu barədə qərar Bakı şəhər Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə elan edilib. 

Belə ki, hakim Xalidə Əlisoyun sədrliyi ilə keçirilən prosesdə tiktokerin həbs müddəti 1 ay uzadılıb.

Qeyd edək ki ötən ilin dekabrında saxlanılan "Vaqa" ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülmüşdü və o Məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi.

Orxan Rasifoğlu

Son xəbərlər