Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

"Magerramov" ləqəbli tiktoker Əmrah Məhərrəmovun həbs müddəti uzadılıb

18.04.2025 13:24 1 659
Polis tərəfindən "TikTok" əməliyyatlarında saxlanılan "Magerramov" ləqəbli tiktoker Əmrah Məhərrəmovun həbs müddəti uzadılıb.


Median.Az-ın məlumatına görə, bu barədə qərar Bakı şəhər Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə elan edilib. 


Belə ki, hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə tiktokerin həbs müddəti 2 ay uzadılıb.

Qeyd edək ki ötən ilin dekabrında saxlanılan Magerramov ləqəbli Tiktokerə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülmüşdü və o Məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi.

Orxan Rasifoğlu

Son xəbərlər