Mojo.az Banner
15:09 Paşinyan 300 min azərbaycanlı ilə bağlı iddiaya görə partiyanı məhkəməyə verdi  |     14:41 Azərbaycandan Ermənistana 17 vaqon dizel göndəriləcək  |     14:22 Qubada hoteldə meyit tapıldı  |     14:02 Məhərrəm ayı ilə bağlı FƏTVA VERİLDİ  |     13:41 Baş Prokurorluq: Yetkinlik yaşına çatmayanlarla dini kəbin kəsdirmək məsuliyyət yaradır  |     13:27 70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı - Video  |     13:25 Apple iOS 27-ni təqdim etdi: iPhone 11 və sonrakı modellər dəstəklənəcək  |     12:42 "İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı silahın sahibi də cinayət təqibinə CƏLB OLUNDU  |     12:37 6 gün leysan olacaq - XƏBƏRDARLIQ  |     12:30 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?  |     12:29 Rusiyada güclü zəlzələ oldu  |     12:27 Keçmiş arvadına "sənə sürpriz edəcəyəm" dedi, evini yandırdı  |     12:27 Bakı-Qəbələ-Bakı qatarı Ucarda dayanacaq  |     12:25 Azərbaycan nefti BAHALAŞDI  |     12:23 Zakir Həsənov Pakistana başsağlığı verib  |     12:22 Kasparova Moskvanın mərkəzindəki elit mənzili satmaq qadağan edildi  |     12:15 Fəvvarədə çimmək ölümlə nəticələnə bilər - Mütəxəssisdən xəbərdarlıq  |     12:14 Nazir: "Azərbaycanda ƏDV hesablarındakı vəsaitlərin istifadəsi genişləndiriləcək"  |     11:56 Bakıda iş saatları dəyişdirilir - Hazırlıq başlayıb  |     11:51 İran səfirindən ABŞ-yə neftin qiyməti ilə bağlı XƏBƏRDARLIQ  |    
Left Banner
Right Banner

Azərbaycanlı gənc böyrəyini 200 min dollara satıb - Orqan transplantasiyası şirkəti ifşa edildi

16.04.2025 19:23 861
Azərbaycanlı gənc böyrəyini 200 min dollara satıb - Orqan transplantasiyası şirkəti ifşa edildi
Keniyanın Eldoret şəhərində yerləşən "Mediheal" xəstəxanasında həyata keçirilən qanunsuz orqan transplantasiyası əməliyyatlarında donorlar arasında Azərbaycan vətəndaşları da yer alırlar.

Median.Az
Teleqraf.az-a istinadən xəbər verir ki, bu, Almaniyanın aparıcı mətbuat orqanları olan "Der Spiegel", ZDF və "Deutsche Welle"nin birgə araşdırması nəticəsində üzə çıxıb.

Məlum olub ki, Almaniya və İsraildən gələn və böyrək köçürülməsi gözləyən imkanlı pasiyentlər üçün donorlar Azərbaycan, Qazaxıstan və Pakistan kimi ölkələrdən seçilirlər.

Bu şəxslər xəstələrlə heç bir qohumluq əlaqəsi olmadığı halda sənədlərdə saxta şəkildə "yaxın qohum" kimi göstərilirlər və onlardan böyrək götürülür. Ən narahatedici məqam isə odur ki, bəzi donorlar hələ yetkinlik yaşına çatmamış olur və çox vaxt ingilis dilini bilmədikləri üçün risklərdən xəbərsiz şəkildə sənədləri imzalayırlar.

Donorların sağlamlığı və hüquqlarına əhəmiyyət verilmədən həyata keçirilən bu əməliyyatlar, əslində, bir neçə ölkəni əhatə edən, çoxmilyonluq gəlir gətirən cinayətkar şəbəkənin fəaliyyətidir.

Araşdırmada göstərilib ki, Almaniyada böyrək donoru çatışmazlığı səbəbindən transplantasiya gözləyənlərin sayı 10 000 nəfəri ötür və gözləmə müddəti 8-10 ilədək uzana bilər. Məhz bu səbəbdən bir çox pasiyentlər, o cümlədən Almaniyanın Guntzenhauzen şəhərindən olan 57 yaşlı Sabine Fişer-Kugler çıxış yolunu ölkə xaricində, qeyri-qanuni yollarla böyrək əldə etməkdə görürlər.

Onun donoru isə 24 yaşlı Azərbaycan vətəndaşı olub. Rəsmi sənədlərdə əməliyyatın "tamamilə təmənnasız" olduğu göstərilsə də, pasiyent "MedLead" agentliyinə 100 000 - 200 000 ABŞ dolları arasında məbləğ ödədiyini etiraf edib.

Hesabatda adı keçən "Mediheal" xəstəxanasının qurucusu və rəhbəri hindistanəsilli keçmiş deputat Svarup Mişra hazırda dövlətə məxsus Kenya "BioVax" vaksin institutunun rəhbəridir və Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələrdə ölkəni təmsil edir. Onun barəsində dəfələrlə orqan alveri ilə bağlı ittihamlar səsləndirilsə də, o, jurnalistlərin sorğularına cavab verməkdən imtina edib.

Hazırda isə Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdən bu cür əməliyyatlara cəlb olunan donorlar ciddi sağlamlıq problemləri ilə üzləşir, bir çox hallarda isə psixoloji travmalardan əziyyət çəkirlər.скачать dle 11.3
Mojo.az Banner