Mojo.az — elanlar
Son Xəbərlər
14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Naxçıvanda quş qripi xəstəliyinin qarşısı alınması üzrə növbəti monitorinqlər keçirilib

11.04.2025 18:06 669
Naxçıvanda quş qripi xəstəliyinin qarşısı alınması üzrə növbəti monitorinqlər keçirilib
7-11 aprel tarixlərində quş qripi xəstəliyinin qarşısının alınması üzrə dövlət qurumlarının və digər aidiyyəti subyektlərin əlaqəli Fəaliyyət Planına uyğun olaraq Naxçıvan Muxtar Respublikasında növbəti epizootoloji monitorinqlər keçirilib.

Bu barədə Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, agentlik tərəfindən aidiyyəti qurumlarla birgə aparılan monitorinq zamanı risk əsasında müəyyən olunmuş milli parklara, su anbarlarına, çay sahili zonalara və digər əraziləri əhatə etməklə yanaşı, vəhşi quşlara ümumi baxış keçirilib, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanaraq "Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu" PHŞ-nin Mərkəzi baytarlıq laboratoriyasına və "Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu" PHŞ-nin Mərkəzi baytarlıq laboratoriyasına müayinə edilməsi üçün göndərilib:

"Həmçinin həmin müddətdə muxtar respublikada fəaliyyət göstərən bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürülərək habelə muxtar respublika üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görülüb və epizootoloji məlumatlar toplanaraq təhlil edilir.

Monitorinqlər çərçivəsində müşahidə aparılan ərazilər barədə məlumatlar "Epicollect5" proqramına daxil edilib".

Son xəbərlər