Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:25 Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi | 16:22 Bakıda qaraj tapmaq da bahalaşır: Qiymətlər niyə artır? | 16:19 Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur | 15:02 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq | 14:39 İrəvanda İran təxribatı: Azərbaycanın tarixi məscidinə erməni şairin adı verildi | 14:34 Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı | 14:09 Dekabrda neçə gün iş olmayacaq? | 13:42 Aygün Kazımova Eminemlə duet oxuyacaq? - FOTO | 13:36 Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb | 13:35 Sabah yağış yağacaq, külək əsəcək | 13:27 Bakıda gənc oğlan dəniz kənarında qayalıqdan yıxılaraq köməksiz qalıb - Video | 13:23 Paşinyan Türkiyəni seçdi - KTMT sammitinə getməyəcək | 13:10 Azərbaycan millisinin dünya reytinqində yeri məlum oldu | 13:09 Tbilisidə Heydər Əliyevin büstünə ziyan vurmaqda ittiham olunan erməniəsilli şəxsin məhkəməsi təxirə salınıb | 13:07 Azərbaycan nefti kəskin ucuzlaşdı | 12:52 İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO | 12:50 XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib - FOTO | 12:36 "TikTok"la bağlı qalmaqal böyüyür: 26 mindən çox şübhəli hesab üzə çıxarıldı | 12:27 Sumqayıtda peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək? - Video | 12:18 Röya Ayxanın adından dələduzluq - FOTO |
Mojo.az Avto
Mojo.az Avto

Bir ayda dövlət sərhədində dəyəri dörd milyon manata yaxın qaçaqmal tutulub

02.04.2025 12:24 987
Bir ayda dövlət sərhədində dəyəri dörd milyon manata yaxın qaçaqmal tutulub
Dövlət Sərhəd Xidməti tərəfindən 2025-ci ilin mart ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya, narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam еtdirilib.

Bu barədə DSX məlumat yayıb.

Bildirilib ki, ay ərzində dövlət sərhədini pоzduqlarına görə 13 nəfər saxlanılıb. Onların dördü Azərbaycan, üçü İran, ikisi Əfqanıstan, ikisi Pakistan, biri Şri-Lanka, biri Türkiyə vətəndaşı olub.

İran İslam Respublikasından iki pilotsuz uçuş aparatı vasitəsilə narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb, uçuş aparatları zərərsizləşdirilib.

Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən beş nəfər saxlanılıb.

Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 850 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 319 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib, ölkədən çıxışı qadağan edilmiş 489 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan doqquz nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.

Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 293 kiloqram 867 qram narkоtik vasitə, 4116 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 3 milyon 955 min 218 manat оlan qaçaqmal, о cümlədən dron, pnevmatik tapança və ona məxsus qırmalar, dərman vasitələri, pirotexniki vasitələr, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülüb.

Dövlət sərhədlərimizin еtibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam еtdirilir.

Son xəbərlər