Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

ABŞ hökuməti "Azadlıq Radiosu"nun maliyyələşdirilməsinə davam edəcək

28.03.2025 12:05 1 089
ABŞ hökuməti
ABŞ-nin qlobal media agentliyi (USAGM) "Azadlıq Radiosu"na verdiyi qrantı müvəqqəti olaraq yeniləyib.

Median.Az
meduza.io-ya istinadən xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir.

Maliyyələşdirmə Vaşinqtonun Federal Dairə Məhkəməsinin martın 26-da maliyyələşdirmənin dayandırılması ilə bağlı apellyasiya şikayəti vermiş "Azadlıq Radiosu"nun xeyrinə olan qərarı əsasında bərpa edilib.

Məhkəmə müəyyən edib ki, iddiaya mahiyyəti üzrə baxılana qədər USAGM "Azadlıq Radiosu"nun bağlanmasına yönəlmiş tədbirlərdən çəkinməlidir.

USAGM-in hesabatında qeyd olunur ki, agentlik "Azadlıq Radiosu"nun mövqeyi ilə razı deyil.

Xatırladaq ki, martın 14-də ABŞ Prezidenti Donald Tramp hökumət xərclərinin azaldılması siyasətinin bir hissəsi olaraq, USAGM də daxil olmaqla, yeddi federal agentlikdə ixtisarlara dair sərəncam imzalayıb ki, "Azadlıq Radiosu" və "Amerikanın Səsi" məhz onların qrantları hesabına fəaliyyət göstərirdi.

"Amerikanın Səsi" fəaliyyətini dayandırdığını elan edib və işçilərini ixtisar etməyə başlayıb. "Azadlıq Radiosu" isə fəaliyyətini davam etdirir.

Son xəbərlər