Ən dayanıqlı bakteriya: Nə radiasiya, nə də kosmik vakum ona təsir edir » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:25 Sentyabr ayına olan hava proqnozu açıqlanıb  |     19:16 Kəlbəcərdə çətin relyefli ərazidə hava şəraiti ilə bağlı axtarış-qazıntı işləri başa çatıb  |     19:11 Rusiyada təyyarə qəzaya uğrayıb, pilot ölüb  |     19:03 Ukrayna Ali Radasının deputatı qətlə yetirilib  |     18:58 Naxçıvanın dəmir yolu infrastrukturunun bərpasına başlanılacaq  |     18:52 Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının tikintisinin davam etdirilməsinə 10 milyon manat xərclənəcək  |     18:52 Sabah 38 dərəcə isti olacaq  |     18:41 Rusiyada 23 il əvvəl qayınatasının qətlində təqsirləndirilən azərbaycanlıya hökm oxunub  |     18:35 Son bir həftədə yaşıllıqlara 13 min manatdan çox ziyan dəyib  |     18:28 Ronaldu karyerasında 940-cı qolunu vurub  |     18:17 Qanunsuz saxlanılan silah-sursat aşkarlandı  |     18:10 Şahin Bağırov bu rəisi vəzifəsindən azad etdi  |     18:05 "Kəpəz" "Neftçi"nin futbolçusunu icarəyə götürdü  |     17:53 Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək  |     17:40 Gəncədə 15 yaşlı qızı maşın vurdu  |     17:36 Bakıda moped və velosiped oğurlayanlar tutuldu  |     17:32 Bakıda taksi şirkətinin xidməti otağından pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb  |     17:29 Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb  |     17:28 Bakıda sexdə DƏHŞƏT: Ustasını söyüşə görə bıçaqladı  |     16:37 Naxçıvan-Bakı avtobus reyslərinin sayı 6-ya çatdırılıb  |    

Ən dayanıqlı bakteriya: Nə radiasiya, nə də kosmik vakum ona təsir edir

Dünyada ən çətin şəraitdə sağ qala bilən canlılar mövcuddur. Onlardan biri də "Konan bakteriyası" adlandırılan Deinococcus radioduransdır.

Rutgers Universitetinin təkamül bioloqu Skott Trevers "Forbes" nəşrində dərc olunan məqaləsində bu bakteriyanın fövqəladə xüsusiyyətlərindən bəhs edib.

O qeyd edir ki, Deinococcus radiodurans təkcə sağ qalmaqla kifayətlənmir, eyni zamanda demək olar bütün digər canlıları məhv edəcək ekstremal mühitlərdə inkişaf edə bilir. O, hətta güclü qamma şüalanmasına və kosmik vakuuma dözmək qabiliyyətinə malikdir.

Mütəxəssisin sözlərinə görə, bu bakteriya insan üçün ölümcül olan radiasiya dozalarından minlərlə dəfə yüksək səviyyələrə tab gətirə bilir. "Konan bakteriyası" 15.000 Qreyd (Gy) radiasiya dozasına məruz qalaraq 37% sağ qalma ehtimalına malikdir.

Bundan əlavə, Deinococcus radiodurans aqressiv kimyəvi maddələrə, ekstremal soyuğa, turşulara və hətta uzun müddət susuz qalmağa qarşı yüksək dayanıqlıdır.

Trevers xatırladıb ki, 2020-ci ildə bu bakteriya Beynəlxalq Kosmik Stansiyaya göndərilib. Aparılan təcrübələr nəticəsində müəyyən olunub ki, o, üç il ərzində kosmosun sərt vakuumuna və radiasiyasına tab gətirə bilər.

Alimin sözlərinə görə, Deinococcus radiodurans təsadüf nəticəsində kəşf edilib. 1956-cı ildə Oregon Kənd Təsərrüfatı Eksperimental Stansiyasının mikrobioloqu Artur Anderson qamma şüalanmasından istifadə edərək ət konservlərini sterilizasiya etməyə çalışırdı. O, bütün məlum mikrobları məhv edəcək qədər yüksək radiasiya dozası tətbiq etsə də, bəzi konservlər hələ də xarab olurdu. Sonrakı araşdırmalar göstərdi ki, Deinococcus radiodurans bu radiasiyaya tab gətirib və hətta çoxalmağa davam edib.

2022-ci ildə "Astrobiology" jurnalında dərc olunan tədqiqat isə bu bakteriyanın Mars şəraitində yaşama potensialını ortaya qoyub. Məlum olub ki, Deinococcus radiodurans orta hesabla -63°C temperatur, sərt quraqlıq və kosmik radiasiyaya dözə bilir.

Alimlər bildiriblər ki, bu bakteriya Mars səthinin 10 metr dərinliyində 280 milyon il sağ qala bilər. Tədqiqatçılar hesab edirlər ki, qırmızı planetdə bu cür ekstremal şəraitə uyğunlaşmış digər mikroorqanizmlər də mövcud ola bilər.

Bioloqun sözlərinə görə, Deinococcus radiodurans-ın fövqəladə dözümlülüyü onun genetik və biokimyəvi xüsusiyyətlərində gizlidir. Bu bakteriya hər hüceyrəsində 10-a qədər genom nüsxəsini saxlayır. Güclü radiasiya nəticəsində DNT zədələnsə belə, bu ehtiyat genomlar orijinal DNT-ni sürətlə və dəqiq şəkildə bərpa etməyə imkan verir.

Trevers qeyd edir ki, bu bakteriya digər orqanizmlərdən fərqli olaraq, DNT parçalarını xüsusi toroid (halqa şəkilli) strukturlar şəklində təşkil edir. Bu, hüceyrənin genetik materialı tez bir zamanda bərpa etməsinə şərait yaradır.

Bundan əlavə, Deinococcus radiodurans-ın güclü antioksidant müdafiə sistemi var. Bu sistem margan ionları vasitəsilə işləyir və ionlaşdırıcı radiasiya nəticəsində yaranan sərbəst radikalları zərərsizləşdirir.

Hazırda elm adamları bu bakteriyanın qoruyucu mexanizmlərindən ilhamlanaraq, astronavtları kosmik radiasiyadan qorumaq üçün sintetik antioksidantlar üzərində işləyirlər. Həmçinin, radiasiya fəlakətləri zamanı xilasetmə işçilərini qorumaq üçün yeni texnologiyalar hazırlanır.

Daha əvvəl elm adamları Antarktida yaxınlığında, okeanın dibində nəhəng dəniz hörümçəyi aşkar ediblər. Bu hörümçəklərin ölçüləri bəzən insan üzü qədər böyük ola bilər.

Bundan əlavə, suda yaşayan "tixoqod" adlanan mikroskopik canlıların xüsusi bir proteininin insanları nüvə radiasiyasından qoruma potensialına malik olduğu müəyyən edilib. Alimlər bu mexanizmin gələcəkdə tibbi sahədə tətbiq edilə biləcəyini araşdırırlar.
//qaynarinfoскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            465 26.03.25 21:04