Mojo.az Banner
23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

“Milli Məclisin binası jurnalistlər üçün həbsxanaya çevrilib...”

25.10.2025 14:24 654
“Milli Məclisin binası jurnalistlər üçün həbsxanaya çevrilib...”
“Uzun müddətdir ki, Milli Məclisin plenar və komitə iclaslarında, həmçinin parlamentdə keçirilən digər tədbirlərdə iştirak edən jurnalistlər məhrumiyyətlərlə qarşılaşırlar. Bu problemin həlli üçün çox çalışsaq da, nəticə yoxdur. Əslində bu məhrumiyyətin mahiyyəti çox gülüncdür”.

Bu sözləri Əməkdar jurnalist, Real TV-nin baş redaktorunun müavini Mahir Məmmədli feysbuk hesabındakı paylaşımında bildirib.

Onun sözlərinə görə, parlament binasına daxil olan media nümayəndələrinin telefonları əllərindən alınır: “Milli Məclisə gələn jurnalist oradakı tədbirləri işıqlandırmaq üçün gəlir. Onun telefonunu əlindən almaq fəaliyyətinə mane olmaq deməkdir.

Məndə olan məlumata görə, bu qərar Milli Məclis rəhbərliyinə yox, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəhbərliyinə məxsusdur. Bunu təhlükəsizliklə əlaqələndirmək olmaz. Çünki jurnalistlər istisna olmaqla hamı parlament binasına telefonla daxil ola bilir. Bu qadağa yalnız jurnalistlərə aiddir. Qısa desəm, Milli Məclisin binası jurnalistlər üçün həbsxanaya çevrilib. Onlar qapıdan keçdikləri anda ətrafla bütün əlaqələri kəsilir, gələn zəngləri, mesajları görmürlər. Xəstəsi olan jurnalist tədbir boyu mühafizə postunun yanında növbə çəkir ki, xəstəsindən gələ biləcək yaxşı, ya da pis xəbəri qaçırmasın.

Təəssüf ki, uzun illərdir davam edən bu problemin həlli üçün nə Medianın İnkişafı Agentliyi, nə də Mətbuat Şurası cəhd edir. Baxmayaraq ki, hüququ pozulan media nümayəndələrinin problemi ilə məhz onlar məşğul olmalıdırlar”.
скачать dle 11.3
Mojo.az Banner