Mojo.az Banner
13:03 İsti havada günvurma, yoxsa insult? - Həkim iki halı fərqləndirməyin yolunu açıqladı  |     13:00 Çayxanada qanlı dava: Müştərinin sifətinə bıçaq zərbəsi endirdi - CƏZA  |     12:33 Ələt AİZ-də bəzi müəssisələrə GÖMRÜK GÜZƏŞTİ EDİLƏCƏK  |     12:21 Yaponiyada imperator ailəsinin statusu və varislik qaydaları dəyişdirilir  |     11:58 Avtonom nəqliyyat vasitələrinin tətbiqi ilə bağlı layihə qəbul edildi  |     11:56 Moped sürücüləri üçün yeni tələblər müəyyənləşir  |     11:55 "Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu - FOTO  |     11:47 Bakıda obyektdən altı min manatlıq oğurluq: Polis şübhəlini yaxaladı - ANBAAN GÖRÜNTÜLƏR (Video)  |     11:25 İran Trampa qarşı sui-qəsd planı hazırlayır?  |     11:19 Zelenskinin Azərbaycana səfəri zamanı imzalanmış sənəd ratifikasiya edildi  |     11:13 Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA  |     22:01 Bakıda gənclərin üzərinə ağac aşdı - Video  |     21:55 Samvel Karapetyanın ev dustaqlığı müddəti uzadıldı  |     21:48 Müdafiə Nazirliyindən hərbçilərin yaxınlarına MÜRACİƏT  |     20:58 İş adamının oğlu keçmiş xanımının pulunu vermədi - Ölkədən çıxışına "stop" qoyuldu  |     20:53 Tək yaşayan şəxslərin evlərini hədəf alan dəstə üzvlərinə hökm oxundu  |     20:44 Qızılın qiyməti niyə ucuzlaşır? - Analitik əsas səbəbləri açıqladı  |     20:39 Müğənninin Azərbaycandan çıxışına "stop" qoyulub  |     20:32 Azərbaycanda ildırımvurma halları çoxalıb: Təbiətdə nə baş verir? (VİDEO)  |     20:24 Uzun ömür sürmək üçün nə yemək lazımdır? - Ən faydalı 11 qida  |    
Left Banner
Right Banner

Ginekoloq sirləri açdı: "Baş həkim körpəni cihaza qoşmadı"

24.03.2025 19:18 519
Ginekoloq sirləri açdı:
"Uşaq ölümünə görə ittiham olunan mama-ginekoloq Könül Xudatovanın məktubunu təqdim edirəm. Düşünürəm ki, aidiyyəti qurumlar bu vəziyyəti diqqətlə izləyəcək və ölüm hadisəsi əhatəli şəkildə araşdırılacaq. Qəribədir ki, Azərbaycandan başqa dünyanın heç bir yerində xəstəni əməliyyat edən və ya doğumu həyata keçirən həkim dərhal günahkar elan edilmir, ölümün səbəbi dəqiq araşdırılmalı və reanimasiya xidməti düzgün təşkil olunmalıdır. Əks halda heç kəs işini məsuliyyətlə görməz. Sonrakı məsul şəxslər - "əsas həkimi cavab verəcək", - deyib xəstəyə etinasız yanaşar. Sadəcə, həkimin məktubunu oxuyun və görün, nələr baş verir".

Bu barədə ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova paylaşım edib.

Doğuşdan sonra Saatlı Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi Araz Usubov körpəni süni ventilyasiya aparatına qoşmayıb:

"Mən, "Tovuz Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinin (PHŞ) Ginekologiya və doğum şöbəsinin həkim mama-ginekoloqu Könül Xudatova, 2023-cü ilin sonunadək "Saatlı RMX" PHŞ-nin Ginekologiya və doğum şöbəsinin müdiri və həkim mama-ginekoloqu vəzifəsində işləmişəm. Saatlıda 12 iyul 2023-cü il tarixdə hamilənin təkrar fizioloji, yəni təbii doğuşunu qəbul etmişəm. Doğuşdan bir müddət sonra körpədə tənəffüs çatışmazlığı olub. Mən dərhal xəstəxananın direktor müavini, baş həkim, ixtisasca neonatoloq (neonatoloq - yenidoğulmuşlarda baş verə biləcək xəstəliklərin diaqnostikası və müalicəsi üzrə ixtisaslaşmış həkim) olan Araz Usubovu dəvət edərək doğuşda iştirak etmiş və körpəni qəbul etmiş neonatoloq həkim İradə Hüseynovanın iştirakı ilə doğuşa yardım işinin təşkili, körpənin lazımdırsa, perinatal mərkəzə təxliyəsinin təmin olunması üçün konsilium təşkil etdim".

"Lakin xəstəxanada küvəz və oksigenlə təchiz olunmuş yenidoğulmuşların intensiv terapiya palatası olsa da, baş həkim yenidoğulmuşda müvafiq müayinələrin aparılmasını təmin etməyib, xüsusi aparata (SPAP-a) qoşmayıb, küvəzə yerləşdirilmədən "doğuş zalında" 6 saat (binazal oksigen altında) saxlayıb. Bundan sonra körpənin vəziyyətinin daha da ağırlaşmasını görən baş həkim onu tibb bacısının qucağında Sabirabad RMX Perinatal Mərkəzinə təxliyə edib. Sabirabad RMX Perinatal Mərkəzində körpə ertəsi gün səhər saatlarına qədər küvəzə yerləşdirilməyib, ona heç bir diaqnostik müayinə aparılmadan yanlış "ürək qüsuru" diaqnozu qoyulub, süni ventilyasiya aparatına qoşulmayıb", - deyə məktubda qeyd olunub.скачать dle 11.3
Mojo.az Banner