Mojo.az Banner
13:31 Venesuelanın əsas hava limanı zəlzələdən sonra fəaliyyətini bərpa edir  |     13:09 Birləşmiş Ştatlardan viza müraciətləri ilə bağlı YENİ QƏRAR  |     13:01 Robert Koçaryanın oğlu həbs edildi  |     12:45 Universitetdəki kəsirləri həll etmək vədi ilə pul alan şəxs azadlığa buraxıldı  |     12:44 Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub - FOTO  |     12:30 610 bal topladı, amma tələbə ola bilmədi - FOTO  |     12:25 Ermənistan ordusunda ölümlər: Son üç gün ərzində üçüncü hadisə  |     12:22 Buzovnada faciə: Körpə ölü doğuldu, ailə həkim səhlənkarlığını iddia edir - VİDEO  |     12:15 Əfsanəvi Dolli Parton 81 yaşında vəfat etdi  |     12:05 Alyona Əliyeva Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib - FOTO  |     11:58 Kimlər daha tez pensiyaya çıxa bilər? – Açıqlama  |     11:52 Yaş həddi artırılır – 70 yaşdan yuxarı şəxslərin NƏZƏRİNƏ  |     11:45 Payızda iş axtaranlara yeni fürsətlər: Bu sahələrdə işçi lazım olacaq  |     11:42 Gürcüstandan avtomobil almaq hələ də sərfəlidirmi? – Açıqlama  |     11:38 Yeni dərs ili ailə büdcəsini nə qədər çətinləşdirəcək?  |     11:31 Sentyabrın 1-dən suya görə ödəniş: cibimizə necə təsir edəcək?  |     11:27 Dövlət məktəblərində avtobus xidməti yaradıla bilər? – AÇIQLAMA  |     11:24 Qlobal bazarlarda NEFT UCUZLAŞIR  |     11:16 Xırdalanda körpə yeddinci mərtəbədən yıxılaraq ölüb  |     23:00 FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfəri xilas edib  |    
Left Banner
Right Banner

MŞ İdarə Heyətinin üzvü: Ermənistan sülh istəmir və təxribatlarına davam edir

18.03.2025 20:21 1 290
MŞ İdarə Heyətinin üzvü: Ermənistan sülh istəmir və təxribatlarına davam edir
İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan cəbhədə olduğu kimi informasiya müharibəsində də Ermənistana çox ağır zərbələr vurdu.

Bunu Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvü Hacıbəy Heydərli ATƏT-in “Münaqişə və humanitar böhranlar dövründə medianın rolu” mövzusunda Avstriyanın paytaxtı Vyanada keçirilən konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, 44 günlük Vətən Müharibəsində Azərbaycana qarşı dezinformasiyaların qarşısını Prezident İlham Əliyevin xarici mediaya verdiyi müsahibələr alıb:

“Prezident Əliyev həm Azərbaycan, həm türk, həm rus, həm də ingilis dilindəki müsahibələri ilə müharibə ilə bağlı həqiqətləri söylədi, Azərbaycana qarşı dezinformasiya və yalan xəbərlərin qarşısını aldı”.

Hacıbəy Heydərli
Hacıbəy Heydərli
Mətbuat Şurasının İdarə Heyətinin üzvü qeyd edib ki, bu gün də Azərbaycana qarşı bəzi xarici KİV-lərdə kampaniya aparılır:

“Təəssüf ki, Azərbaycana qarşı dezinformasiya kampaniyası bu gün də davam edir. Ermənistan tərəfi yalan xəbərlərlə dünya ictimaiyyətini aldatmağa çalışır. Azərbaycanla ilə Ermənistanın sülh danışıqları getdiyi bir anda Ermənistan son günlər yenə də sərhəddə yeni münaqişə yaratmağa çalışır. Onlar son bir neçə gündə dəfələrlə Azərbaycanın mövqelərini atəşə tutub. Bu da onu göstərir ki, Ermənistan sülh istəmir və təxribatlarına davam edir”.скачать dle 11.3
Mojo.az Banner