Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:06 Qubada sərxoş kişi qəbiristanlıqda öldü | 12:04 Büdcədən Azərbaycan kinosuna milyonlarla manat ayrılır | 11:59 Azərbaycanda idmana 35 milyon manatdan çox pul xərclənəcək | 11:41 Zidan "Yuventus"da işləməyə razıdır | 11:33 Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - FOTO | 11:17 Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib - Foto | 11:13 Azərbaycanda sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var - Hadisənin detalları | 11:08 Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib | 11:03 General Natiq Əliyevin qızı saxlanıldı | 22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi |
Mojo.az Avto
Mojo.az Avto

Deputat: “Qoşulmama Hərəkatı Vətən müharibəsində Azərbaycana qətiyyətli dəstək göstərib”

13.07.2021 13:26 1 005
Deputat: “Qoşulmama Hərəkatı Vətən müharibəsində Azərbaycana qətiyyətli dəstək göstərib”
“Qoşulmama Hərəkatı çox mühüm bir platformadır və bura 120 dövlət üzvdür”.

Bunu Oxu.Az-a açıqlamasında deputat Arzu Nağıyev bildirib.

O, təşkilatın beynəlxalq aləmdəki nüfuzuna diqqət çəkib:

“Hərəkatda Birləşmiş Millətlər Təşkilatı, Afrika İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı kimi dünyanın 10 beynəlxalq nüfuzlu təşkilatı və 17 dövlət iştirak edir. Bunlar qərarların qəbul olmasında müəyyən qədər təsir mexanizmlərindən istifadə edəcək dövlətlərdir.

Təşkilata üzv ölkələr mühüm dövlətlərdir və Azərbaycan da onlardan biridir. Heç bir hərbi blokun üzvü olmaya-olmaya, hər hansı bir müharibə və münaqişəyə müdaxilə etməyən dövlətlər müvafiq qərarların qəbul olunmasına ciddi təsir edir”.

Deputat bildirib ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatına sədrlik edirdi. Bu platforma Vətən müharibəsində Azərbaycana qətiyyətli dəstək göstərib:

“44 günlük Vətən müharibəsində hərəkata üzv dövlətlər Azərbaycanı dəstəklədilər. Bundan sonra da hərəkatın müvafiq əlaqələri olacaq. Azərbaycan heç bir hərbi blokun üzvü deyil.

Bildiyiniz kimi 44 gün davam edən Vətən müharibəsində hərbi faza başa çatıb. Hazırda isə informasiya müharibəsi davam edir. Bundan sonra işğaldan azad edilmiş ərazilərdə hərəkata üzv dövlətlərin yenidənqurma işlərində iştirakı gözləniləndir”.

Qeyd edək ki, 2019-cu ilin oktyabrın 25-də Qoşulmama Hərəkatına sədrlik Venesueladan Azərbaycana (2022-ci ilədək) keçib.

Son xəbərlər