Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Qoşulmama Hərəkatının Tovuz döyüşlərində və Vətən müharibəsində Azərbaycana dəstəyi – Üç vacib məqam

13.07.2021 13:37 990
Qoşulmama Hərəkatının Tovuz döyüşlərində və Vətən müharibəsində Azərbaycana dəstəyi – Üç vacib məqam
Qoşulmama Hərəkatı 2020-ci ilin 12-17 iyul tarixlərində Ermənistanın Tovuzda törətdiyi hərbi təxribatları pisləyib və Azərbaycana dəstəyini nümayiş etdirib.

2020-ci ilin iyulun 18-də Qoşulmama Hərəkatı Ermənistanın təxribatına dair Kommünike qəbul edib.

Sənəddə Ermənistanın silahlı bölmələrinin hücumu kəskin pislənilib.

Sənəddə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstək, habelə ərazi bütövlüyünün bərpası məqsədilə göstərdiyi səylərə həmrəylik ifadə edilib.

Qoşulmama Hərəkatı ötən ilin sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi dövründə də Azərbaycana dəstək göstərib.

Belə ki, oktaybrın 9-da Qoşulmama Hərəkatının onlayn nazirlər görüşündə Ermənistanın mülki əhalini atəşə tutması müzakirə edilib.

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun sədrliyi ilə keçirilmiş iclasda Qoşulmama Hərəkatına üzv dövlətlərin xarici işlər nazirləri, nazir müavinləri və BMT yanında daimi nümayəndələri iştirak ediblər.

İclasda “Bütün cəbhə boyu Azərbaycan Respublikasının silahlı qüvvələrinin mövqeləri və mülki yaşayış məntəqələrinə qarşı Ermənistan Respublikası tərəfindən silahlı hücum” adlı Xüsusi Bəyannamə qəbul edilib.

Hərəkata üzv dövlətlər Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qəti dəstəklərini ifadə edib, Azərbaycan Respublikası ilə həmrəy olduqlarını bildiriblər.

Vətən Müharibəsi dövründə (19 oktyAbr) BMT Təhlükəsizlik Şurası bəyanat layihəsi hazırlayıb.

Sözügedən layihə əsasən Rusiya Federasiyası və Fransa tərəfindən hazırlanıb.

Bəyanat layihəsində BMT Təhlükəsizlik Şurasının Qarabağın işğalı ilə bağlı məlum qətnamələrinə istinad öz əksini tapmayıb.

Qoşulmama Hərəkatına üzv ölkələr isə təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər.

Onların bu israrlı mövqeyi nəticəsində Təhlükəsizlik Şurasının bir sıra daimi üzvləri bəyanat layihəsini geri götürməyə məcbur olublar.

Son xəbərlər