Mojo.az Banner
23:02 Azərbaycandan sonra daha bir ölkədə “Rus Evi” bağlandı  |     22:53 Çində yanacaq kəskin ucuzlaşdı  |     22:45 4-cü sinif şagirdi vəfat etdi - SƏBƏB  |     22:40 Azərbaycanda doğum son 80 ilin ən aşağı səviyyəsinə DÜŞƏCƏK  |     22:33 Sürücülər üçün vacib dəyişiklik – İşıqforlara yeni işarə əlavə edildi  |     22:28 Bu BÜRCLƏRİN milyonçu olmaq şansı çox yüksəkdir  |     22:19 Bu ölkədə 65 ildir benzinlə işləyən avtomobillərə icazə verilmir  |     22:19 Bakıda sərnişin avtobusu evə çırpıldı - 5 sərnişin xəsarət aldı  |     22:13 Mərakeş yığmasında ciddi itki  |     22:08 Bu ölkələrdə insanlar 4 gün işləyir - DETALLAR  |     22:00 ​Bakıda bu taksilər qiyməti artırdı  |     21:55 Qeydiyyat ver, evə şərik çıxsın: Kirayəçi uzun müddət qaldığı mənzildən pay tələb edə bilər?  |     21:47 Azərbaycan 5 ayda xarici ölkələrlə nə qədər ticarət əməliyyatı aparıb?  |     21:41 Ən aqressiv xərçəng növlərindən birinin hüceyrələrinin 90 faizini məhv etməyin yolu tapıldı  |     21:33 Həbsdə olan "Arzum" ilk dəfə danışdı - Vəkilinə nə deyib?  |     21:28 33 il sonra tapılan şəhidin qızı: Bizə qayıdacağını söz vermişdi  |     21:21 Niyə yaş artdıqca qarın böyüyür? - Alimlər səbəbini açıqladı  |     21:16 Xanım deputata ağır itki  |     21:09 Əməkdar artist toylara getməməsindən danışdı  |     21:03 İpoteka kreditlərinin azalması mənzil satışlarına necə təsir göstərib? - VİDEO  |    
Left Banner
Right Banner

25 yaşlı qadının əri tərəfindən qətlə yetirilməsinin TƏFƏRRÜATI

18.03.2025 18:47 687
25 yaşlı qadının əri tərəfindən qətlə yetirilməsinin TƏFƏRRÜATI
Sabunçuda 25 yaşlı Xumar Həsənlini qətlə yetirməkdə ittiham edilən əri Bəxtiyar Vəliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Hadisənin baş vermə səbəbi ər-arvad arasındakı qısqanclıq olub.

Median.Az
Musavat.com-a istinadən xəbər verir ki, Bəxtiyar Vəliyev yaşadıqları fərdi yaşayış evində arvadı Xumar Həsənliyə marketdən aldığı meyvə bıçağı ilə 11 zərbə vurub.

Xumar həm də Bəxtiyarın əmisi qızı olub. Onların evlilikdən iki azyaşlı övladı var imiş.

Qətlə yetirilən Xumar bir müddət imiş gözəllik salonunda çalışırmış. Ər-arvad arasındakı münasibətlər əvvəl normal olub. Bəxtiyar hadisədən 10 gün əvvəl arvadının başqa şəxslə münasibətinin olmasından şübhələnib.

"Mən ona telefon işlətməyə icazə vermirdim. Bir gün uşaq mənə dedi ki, anamın telefonu var. Mən də bundan şübhələndim. Başqa şəxslə danışdığını bildim. Hadisə günü uşaqlarla birlikdə Xumarı salondan götürüb evə gəldim. Uşaqlar maşından düşüb evə getdilər. Xumardan telefonu alıb danışdığı şəxsin kim olduğunu soruşdum. Şəklini ona göstərdim. Həmin vaxt telefonda oğlanla əylənən yerdə çəkilən videosu da var idi. Xumar həyəcanlanıb heç nə deyə bilmədi. Maşından düşüb qaçanda arxasınca gedib çatdım. Neçə bıçaq vurduğumu xatırlamıram", - deyə Bəxtiyar ifadəsində göstərib.

Onun sözlərinə görə, Xumarı vuranda uşaqlar yanında olmayıb.

Bəxtiyar əməlindən peşman olduğunu bildirib.

Məhkəmənin hökmü ilə xüsusi amansızlıqla qəsdən adam öldürməkdə ittiham edilən Bəxtiyar Vəliyev 16 il müddətinə azadlıqdan məhrum edilib.скачать dle 11.3
Mojo.az Banner