Mojo.az Banner
12:58 Qubada hamilə qadın xəstəxanada ölüb - RƏSMİ AÇIQLAMA  |     12:57 Bakıda və bəzi rayonlarda külək güclənir - FAKTİKİ HAVA  |     12:56 Göyçayda 36 yaşlı kişi BIÇAQLANDI  |     12:47 Daun sindromu niyə artır? — Həkimdən xəbərdarlıq  |     12:36 Azərbaycan nefti BAHALAŞDI  |     12:29 Bakıda məşhur hoteldə YANĞIN: Qonaqlar təxliyə edildilər - Video  |     12:25 Aliment ödəyən valideynlər üçün vacib xəbər: Pul uşağın hesabına köçürülə bilər - Video  |     11:46 Messi DÇ yarımfinalında meydana çıxan ən yaşlı meydan oyunçusu oldu  |     11:44 Aİ Ukrayna üçün PUA istehsal edəcək zavodlara 10 milyard avro yatıracaq  |     11:43 MİQ imtahanında texniki problem: Namizədlər üçün yeni tarix müəyyən edildi  |     11:32 "Sən yaşamamalısan!" - Bakıda mağazada səkkiz bıçaq zərbəsi alan qadın dəhşətli anları danışdı  |     11:29 Sürücülərin NƏZƏRİNƏ: Bakının beş küçəsində təmir işləri başlayır  |     11:27 Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşüb  |     11:20 Dünya birjalarında neft üçgünlük artımdan sonra UCUZLAŞDI  |     23:01 Arvadını döyməkdə şübhəli bilinən şəxs tutuldu  |     22:53 Xocalıda ayı həyətə girib, yeyib-içdi  |     22:52 Bakıdakı döyüşdə uduzan idmançı karyerasını bitirdi  |     22:36 ÇL-də mərhələ adlayan ilk 10 komanda  |     22:33 Rusiyalı tanınmış aparıcı həbs oluna bilər  |     21:30 Səlim Abbasovun evində yanğın oldu - VİDEO  |    
Left Banner
Right Banner

Azərbaycanda 500 nəfər böyrək gözləyir

15.03.2025 21:55 1 059
Azərbaycanda 500 nəfər böyrək gözləyir
Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı çərçivəsində 32 adda dərman vasitələri, 3 adda peritoneal dializ məhlulu dializ məsrəfləri, tibbi sərfiyyat və tibbi ləvazimat malları satın alınıb. 2024-cü ildə ölkə üzrə xroniki böyrək çatışmazlığı olan xəstələrin vahid elektron registrində 4035 xəstə qeydiyyatda olub. Ümumilikdə, respublika üzrə 54 hemodializ mərkəzi fəaliyyət göstərib ki, onlardan 11-i Bakı şəhərində, 35-i regionlarda, 8 mərkəz isə Naxçıvan Muxtar Respublikasında yerləşir. Mərkəzlərdə yerləşdirilən ümumi işlək hemodializ aparatlarının sayı 723 ədəd təşkil edir.

Modern.az Azərbaycanda böyrək çatışmazlığı ilə bağlı vəziyyəti öyrənmək üçün Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, böyrək köçürülməsi üçün gözləmə siyahısında qeydiyyata alınmış 500-dən çox xəstə var. Lakin ölkədə 4 minə yaxın vətəndaş dializ müalicəsi alır. Onların yaxın qohum donoru olmadığı üçün və meyit donora ümidləri olmadığından gözləmə siyahısına daxil olmayıblar.

Bildirilib ki, eyni zamanda, təxminən 500 nəfər sümük iliyi, 100 nəfər isə qaraciyər transplantasiyası üçün qeydiyyatdadır.скачать dle 11.3
Mojo.az Banner