Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Braziliya COP30-un Dövlət Başçıları Sammitinin vaxtını dəyişib

14.03.2025 19:10 1 425
Braziliya COP30-un Dövlət Başçıları Sammitinin vaxtını dəyişib
Braziliya hökuməti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasının (COP30) Dövlət Başçıları Sammitinin tarixini erkən təyin etmək qərarına gəlib.

Bu barədə “Report”a Braziliya Prezident Administrasiyasından məlumat verilib.

Bildirilib ki, sammit 2025-ci il noyabrın 6-7-də Para ştatının paytaxtı Belemdə baş tutacaq.

Qərarın əsas məqsədi açılış mərasiminin daha rahat və təşkilati baxımdan səmərəli keçirilməsini təmin etməkdir.

“Sammit COP-un rəsmi tədbirlərindən biridir və onun erkən keçirilməsi qərarı Braziliya tərəfindən qəbul edilib. Bu dəyişiklik bizə daha dərin müzakirələr aparmaq üçün əlavə vaxt qazandıracaq, eyni zamanda hotellər və şəhər üzərində təzyiqləri azaldaraq tədbirin rəsmi açılışını daha yaxşı təşkil etməyə imkan verəcək”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, sammit 10-21 noyabr tarixlərində keçiriləcək konfransın rəsmi tədbirlərindən biri olacaq və Braziliyanı iqlim dəyişikliyi ilə bağlı qlobal müzakirələrin mərkəzinə çevirəcək.

Son xəbərlər