Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

COP29 Prezidenti: Azərbaycan və Braziliya COP30-a hazırlıqa bağlı səyləri birləşdirirlər

29.05.2025 20:22 1 125
COP29 Prezidenti: Azərbaycan və Braziliya COP30-a hazırlıqa bağlı səyləri birləşdirirlər
COP29 sədrliyi Braziliyada keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasına (COP30) hazırlıq çərçivəsində Braziliya və Konvensiya katibliyi ilə sıx əməkdaşlıq edərək bir sıra tədbirlər təşkil edir və əsas məsələlərin müzakirəsini başladır.

Bu barədə “Report”un Qazaxıstan bürosunun sualına cavab olaraq Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev bildirib.

O qeyd edib ki, COP29 komandası COP30-a fəal şəkildə hazırlaşır: "Bu ilin noyabr ayına qədər COP-a sədrlik Azərbaycana məxsusdur. Müvafiq olaraq, Braziliya tərəfi və Konvensiya katibliyi ilə birlikdə çox sayda tədbirlər, çox sayda məsələlər həyata keçiririk".

"İndi biz çalışırıq ki, bütün ölkələr iqlim dəyişikliklərinin risklər daşıdığı fikrində bir olsun. Təkcə iqlim dəyişikliklərinin təsirlərini yumşaltmaq üçün deyil, həm də onların qarşısını almağı bacarmaq üçün investisiyalar yatırılmalıdır”, - M.Babayev əlavə edib.

Son xəbərlər