Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Oğuzun Baş Daşağıl kəndinin qazlaşdırılacağı müddət bəlli olub

12.03.2025 19:35 1 047
Oğuzun Baş Daşağıl kəndinin qazlaşdırılacağı müddət bəlli olub
Oğuz rayonunun ilin yarıdan çoxu qış havasının hakim olduğu Baş Daşağıl kəndinə qaz çəkiləcəyi müddət müəyyənləşib.

“Report”un Şimal-qərb bürosuna müraciət edən Oğuz rayonunun Baş Daşağıl kəndinin sakinləri məntəqəyə qaz çəkilməməsi səbəbindən ciddi çətinliklərlə üzləşdiklərini deyiblər.

Bildiriblər ki, Baş Daşağıl kəndi Böyük Qafqaz sıra dağlarının cənub ətəyində, dəniz səviyyəsindən 1200 metr yüksəklikdə, rayon mərkəzindən 25 km aralıda yerləşir.

1200 nəfərə yaxın əhalinin yaşadığı kənd ucqarda yerləşdiyindən, qış fəslində istiliyə olan tələbat xeyli artır. Kənddə təbii qaz olmadığı üçün odundan və digər bərk yanacaq növlərindən istifadə edilir. Lakin odunu əldə etmək sakinlərə heç də asan başa gəlmir. Onların sözlərinə görə, qışda istiliyi təmin etmək üçün 1000-1500, hətta 2000 manata qədər xərc çəkməli olurlar.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev məsələ ilə bağlı "Report"un yerli bürosuna bildirib ki, Birlik regionlarda qazlaşma prosesini maliyə imkanlarından asılı olaraq mərhələli şəkildə həyata keçirir:

“Oğuz rayonunun Baş Daşağıl kəndinin də qazlaşması növbəti mərhələyə düşür. Bu məsələyə maliyyə imkanlarından asılı olaraq baxılacaq. Ümumilikdə deyə bilərəm ki, Oğuz rayonunun abonent sayına görə qazlaşma səviyyəsi 89 faiz təşkil edir”.

Son xəbərlər