Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Ermənilərin Tuğ kəndində dağıtdıqları qədim bəy evləri - VİDEOREPORTAJ

02.03.2021 16:10 1 254
Ermənilərin Tuğ kəndində dağıtdıqları qədim bəy evləri - VİDEOREPORTAJ
Xocavənd rayonunun Tuğ kəndindəki mədəni abidələrlə yanaşı, kəndin qədim evləri də erməni vandalizminə məruz qalıb. Bu kənd vaxtı ilə Qarabağdakı səfalı yurd yerlərimizdən biri olub. Tuğ kəndi 1991-ci il oktyabr ayının 30-dan 31-nə keçən gecə ermənilər tərəfindən işğal edilib. 2020-ci il noyabr ayının 9-u isə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

“Report” Tuğa səfər edib və gözəl təbiətə malik ərazilərdən videoreportaj hazırlayıb.

Tuğ kəndi Xocavənd rayonunun mərkəzindən 53 kilometr cənub-qərbdə, Yuxarı Qarabağın cənub qərbində, Qarabağ silsiləsinin ətəyində, dəniz səviyyəsindən 1400–1500 m yüksəklikdə yerləşir.

İşğala qədər kənd əhalisi əsasən, üzümçülük, taxılçılıq, heyvandarlıq, tərəvəzçilik, bağçılıq və baramaçılıqla məşğul olub. Kənddə 125 yaşı olan orta məktəb, mədəniyyət evi, kitabxana, xəstəxana yerləşirdi. Tuğ kəndinin Məlikyeqanovlar, Məlikaslanovlar, Cahangirlilər, Mehdibəylilər, Aslanbəylilər, Gülməmədlilər, Talıbxanlılar, Budaqlılar, Səlimbəylilər, Cəfərlilər, Vəliuşağılar və s. adlı tayfa, tirə və nəsilləri var. Azərbaycanda və dünyada məşhur olan Azıx mağarası və Tağlar mağarası Tuğ kəndi yaxınlığındadır.

Kəndin mərkəzi hissəsində bəylərə məxsus evlər olub. Sonradan həmin evlərdən internat məktəbi kimi istifadə edilib. Kənd işğal ediləndən sonra erməni vandalları həmin bəy evlərinin bir çoxunu tamamilə dağıdıb, indi o evlərin bəzilərinin sadəcə qalıqları qalıb.скачать dle 11.3
Mojo.az Banner