Mojo.az Banner
18:27 “Şəki yaylası”nda faciəvi şəkildə ölən - Ucalın atasından təsirli sözlər  |     18:15 Kəlbəcərdə tuneldə qalan ayı yorğun halda kömək gözlədi (VİDEO)  |     18:12 Nazirlər Kabineti təhsilalanlar üçün yeni geyim standartını təsdiqlədi  |     17:53 Bakıda marketdə arvadını döyən şəxs həbs olundu - Video  |     17:49 Bakının bu rayonunda qaz kəsiləcək  |     17:03 3-cü kurs tələbəsi vəfat etdi  |     16:55 Ötən həftə 1840,3 ha ərazi minalardan təmizlənib  |     16:39 Bu şəxslər üçün viza proseduru sadələşdirildi  |     16:22 Lənkəranda 3 gün əvvəl döyülən oğlan xəstəxanada öldü  |     16:12 "Tiktok"da quzu "satan" Orxan Həsənov saxlanıldı  |     16:09 Dima Bilan Azərbaycanı təmsil edən yeniyetməyə dəstək oldu - FOTO  |     16:05 Azərbaycanda bu institut ləğv olunur  |     14:47 Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb  |     14:32 Könüllü qanvermə aksiyası keçiriləcək  |     14:30 Rusiyada seçkilərin ilkin nəticələri açıqlandı  |     14:16 Bakıda tanınmış həkim əməliyyatdan sonra öldü - FOTO  |     14:10 Tıxacda qalmaq istəmirsinizsə, bunları bilməlisiniz  |     13:10 Bakıda əməliyyat: 70 yaşlı qadın saxlanıldı  |     12:58 Pensiyalar nə vaxt ödəniləcək?  |     12:47 Bakıda restoranda mühafizəçinin meyiti tapıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Onlayn mərc oyunları təşkil etməklə 3 milyon manat qazanan şəxsin həbsi tələb olundu

10.03.2025 15:44 882
Onlayn mərc oyunları təşkil etməklə 3 milyon manat qazanan şəxsin həbsi tələb olundu
Mərc oyunları təşkil edərək milyonlarla vəsaiti qanunsuz mənimsəməkdə təqsirləndirilən Urfan Quliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham nitqi ilə çıxış edərək təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum olunmasını məhkəməyə təklif edib.

Dövlət ittihamçısı bununla yanaşı Urfan Quliyev barəsində seçilmiş həbs olmayan qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını da məhkəməyə təklif edib.

Növbəti proses aprelin 7-nə təyin olunub.

Qeyd edək ki, ittihama görə, Urfan İlqar oğlu Quliyev Bakıda qanunsuz onlayn qumar və mərc oyunları təşkil edib.

İttihamda qeyd olunub ki, yoxlama zamanı onun təşkil etdiyi mərc oyunlarının dövriyyəsi 29 milyon manatdan artıq olub.

O bu yolla 3 milyon manatdan artıq qanunsuz gəlir əldə etməkdə və 1 milyon 700 min manatdan artıq vergidən yayınmada təqsirləndirilib.

Urfan Quliyevə qarşı Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma - mütəşəkkil dəstə halında birləşməklə törədildikdə), 213.3-cü (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 244-1.4-cü (qumar oyunlarının təşkili və ya keçirilməsi - xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə) ittihamları irəli sürülüb.скачать dle 11.3
Mojo.az Banner