Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:23 Azərbaycanlı bacı-qardaş dünya çempionatında gümüş medal qazandı | 15:14 İlham Əliyev bir nəfərə "general-leytenant", üç nəfərə "general-mayor" rütbəsi verdi | 15:11 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO | 15:08 Sabah Bakıda intensiv yağış yağacaq | 14:52 İsa Həbibbəyli ilə Ramiz Mehdiyev arasında nə baş verib? - AMEA detalları açıqladı | 14:29 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub - FOTO | 14:12 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb - FOTO | 14:09 İranda nüvə hücumuna hazırlıq başladı: Əhaliyə yod paylayır | 14:07 Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi | 14:05 Azərbaycan nefti bahalaşıb | 13:58 Tramp marşrutu üzrə texniki planlaşdırmanın detalları açıqlandı | 13:57 İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO | 13:48 Qazaxda iki gənc bir-birini bıçaqlayıb - Təfərrüat (Yenilənib) | 13:40 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb | 13:36 Azərbaycanda kişi videogörüntülərlə şantaj olundu: Şübhəli şəxs həbs edildi | 13:26 İlham Əliyev Xankəndi stadionunun açılışında iştirak edib - Foto | 13:24 Bayram günlərində metroda hərəkətin qrafiki dəyişdiriləcək | 13:11 Sabah Bakıda intensiv yağış yağacaq - 08.11.2026 | 23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi |
Mojo.az Avto
Mojo.az Avto

Məhkəmə Şəkili Yusifin qumara görə həbs edilmiş qohumu barədə qərar verib

19.04.2025 15:02 2 481
Məhkəmə Şəkili Yusifin qumara görə həbs edilmiş qohumu barədə qərar verib
Üç ay əvvəl həbs edilən "qumar kralı" Yusif Baqiyevin (Şəkili Yusif) qohumu milyonluq işdə bəraət alıb.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi 35 yaşlı Urfan Quliyevi qumarxana təşkiletmə və külli miqdarda vergiləri ödəməkdən yayınma ittihamları üzrə təqsirsiz hesab edib.

İstintaq materiallarına əsasən, U.Quliyev Yasamal rayonunda yerləşən "Çaysaray" çay evində qumar oyunları təşkil edib. Dövlət Vergi Xidməti əməkdaşları tərəfindən çayxanada keçirilən əməliyyat zamanı o, qohumu Şəkili Yusiflə birgə orada olub.

Toplanmış sübutlar əsasında Urfan Quliyev cinayət məsuliyyətinə cəlb edilib.

İstintaq orqanı Urfan Quliyevin internet üzərindən qumar oyunlarının təşkilindən üç milyon manat gəlir əldə etdiyini, eyni zamanda iki milyon manata yaxın sadələşdirilmiş vergini ödəməkdən yayındığını müəyyən edib. Həbsindən bir ay sonra azadlığa buraxılan Urfan hökmə qədər ev dustaqlığında qalıb.

Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyib. Deyib ki, qumar oyunlarını yalnız özü üçün oynayıb. O, həmçinin Yasamal rayonunda mərc oyunları ilə bağlı məntəqə işlədib. Urfan ifadəsində Şəkili Yusifin qohumu olduğunu etiraf edib, lakin onunla qumarla bağlı əlaqəsinin olmadığını deyib.

İş üzrə şahidlərdən bir neçəsi təqsirləndirilən şəxsin lehinə ifadə verib.

Yekunda toplanmış sübutlar əsasında təqsirləndirilən şəxsə qumarxana təşkiletmə və xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma maddələri ilə bəraət verilib. Məhkəmə belə qənaətə gəlib ki, təqsirləndirilən şəxs qeyri-qanuni işlə məşğul olduğundan, vergi ödəməməsi həmin fəaliyyətin nəticəsi kimi qiymətləndirilməlidir. Beləliklə, o, ittiham edildiyi üç maddədən ikisi üzrə bəraət alıb. Ona qanunsuz sahibkarlıq maddəsi ilə verilmiş ittiham isə tövsif edilib.

Hökmə əsasən, Urfan Quliyev yalnız qanunsuz lotereya və mərc oyunlarının təşkil edilməsində təqsirli bilinib. Bu ittihamla ona bir il 10 ay 10 gün azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun həbsdə və ev dustaqlığında olduğu müddət də buraya daxil edildiyi üçün cəza çəkilmiş hesab edilib.

Hökm apellyasiya instansiyasında qanuni qüvvəyə minənə kimi U.Quliyev barəsində "başqa yerə getməmək haqqında" iltizam qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bu iş üzrə təqsirləndirilən şəxsin qohumu Yusif Baqiyev qumarxana təşkilindən 161 milyon manat gəlir əldə etməkdə ittiham edilir. Onun işi üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılır.

Son xəbərlər