Mojo.az Banner
SON DƏQİQƏ
16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     16:28 Prezident Valeh Ələsgərovu təltif etdi  |     15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |     14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |     14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |    
Mojo.az Avto
Mojo.az Avto

İki milyon manatdan çox leqallaşdırmada təqsirləndirilən şəxsin cinayət işi geri qaytarılıb

07.03.2025 19:45 546
İki milyon manatdan çox leqallaşdırmada təqsirləndirilən şəxsin cinayət işi geri qaytarılıb
Qumar oyunları təşkil edərək iki milyon manatdan çox leqallaşdırmada təqsirləndirilən Rusiya vətəndaşı Ruslan Karlin barəsindəki cinayət işi baş prokurorun birinci müavininə qaytarılıb.

Median.Az
"Report"a istinadla xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində qərar verilib.

Məhkəmə təqsirləndirilən şəxsin vəsatəti əsasında onun müdafiə hüququnun pozulduğu, həmçinin ittiham aktının düzgün tərtib edilmədiyi və kobud qanun pozuntularına yol verildiyi qənaətinə gəlinib.

Bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilib, eləcə də ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycanın baş prokurorunun birinci müavininə qaytarılıb.

Məhkəmənin qərarı ilə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin müvəkkili barəsində xüsusi qərar çıxarılıb.

Qeyd edək ki, Ruslan Karlin 2023-cü ildə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.

O, Azərbaycan banklarına məxsus bank kartı məlumatlarını və sim kartları ölkə hüdudlarından kənarda olan şəxslərə göndərməkdə və həmin bank kart məlumatlarını qumar oyunları, eləcə də qanunsuz idman mərc oyunlarının təşkil edildiyi onlayn platformalara qoymaqda ittiham edilib.

İttihamda qeyd olunub ki, təqsirləndirilən şəxs bu yolla 2 milyon 642 min 072 manat pulu leqqallaşdırıb.

Ruslan Karlin Cinayət Məcəlləsinin 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 244-1.2.2 244-1.2.2-ci (qumar oyunu təşkil etmə) maddələri ilə ittiham edilib.скачать dle 11.3

Son xəbərlər