Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:47 Finlandiya prezidenti: "Azərbaycanın Avropa İttifaqına üzv olmaq şansı var"  |     14:47 İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"  |     14:45 Milli Məclis borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqlədi  |     14:43 Prezident: "Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür"  |     14:42 İlham Əliyev: "Bizim hər hansı bir beynəlxalq yardımımız olmayıb"  |     14:41 Prezident: "Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil"  |     14:33 Təhlükəli məhsullarla bağlı YENİLİK: Hansı mallar bazardan yığışdırılacaq?  |     13:51 Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"  |     13:47 "Həzi Aslanov" - "İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub? (Yenilənib)  |     13:45 İlham Əliyev: "Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər"  |     13:44 Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb  |     13:31 Necə varlanmaq olar? Pulu banka qoyaq, qızıl alaq, yoxsa istiqraz?  |     13:20 Bakıda yeni park salınır - Foto  |     13:03 Azərbaycan neftinin qiyməti 127 dolları ötdü  |     13:02 "Ceyhun Sabunçu"nu qətlə yetirməkdə ittiham olunan şəxslər başqa cinayət də törədiblərmiş  |     12:31 Milyarder İbrahim Süleymanova Rusiyada yekun ittiham irəli sürüldü  |     12:28 Universitetlər əmək bazarının tələblərinə cavab verə bilmir – Açıqlama  |     12:17 Göygöldə qanlı dava: 36 yaşlı kişi bıçaqlandı  |     12:08 Nisyə pivə içən qəssab dostunu bıçaqladı - İmişlidəki cinayətin təfərrüatı  |     12:00 İlham Əliyev: "Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir"  |    
Mojo.az Avto
Mojo.az Avto

KİV: Qəzzanın bərpası 38 milyard dollara başa gələcək

04.03.2025 20:56 1 281
KİV: Qəzzanın bərpası 38 milyard dollara başa gələcək
Misirin hazırladığı plana əsasən, Fələstinin Qəzza zolağının bərpası 38 milyard dollara başa gələcək.

Median.Az
TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı Qahirədə keçirilən sammitdə Ərəb Dövlətləri Liqasına üzv ölkələrin liderlərinin müzakirə edəcəyi gözlənilən sənədə istinadən məlumat yayıb.

"Qəzza zolağının bərpa planında 38 milyard dollar məbləğində vəsaitin ayrılması nəzərdə tutulur ki, bunun da böyük hissəsi yaşayış sahələrinin yenidən qurulmasına yönəldiləcək", - məlumatda bildirilib.

Layihəyə əsasən, bərpa prosesi iki mərhələdə həyata keçiriləcək: "Birinci mərhələ iki il, ikinci mərhələ isə iki il yarım davam edəcək". Plan Fələstin anklavının bir neçə şəhərində yenidənqurma dövründə müvəqqəti yaşayış yerlərinin təmin edilməsini nəzərdə tutur.

Qəzzanın gələcəkdə idarə edilməsinə gəlincə, Misir altı ay ərzində bu funksiyanı öz üzərinə götürəcək müstəqil texnokratlar komitəsinin yaradılmasını təklif edir. Bundan başqa, Fələstin polis qüvvələrinin Qəzza zolağında yerləşdirilməsinə hazırlıq məqsədilə Misir və İordaniyanın onlara təlim keçəcəyi gözlənilir.

Son xəbərlər