Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda bu küçədəki dükanlar kütləvi şəkildə bağlanır - Səbəb nədir? (VİDEO)

26.02.2025 22:56 537
Bakıda bu küçədəki dükanlar kütləvi şəkildə bağlanır - Səbəb nədir? (VİDEO)
Bakının Akademik Həsən Əliyev küçəsindəki obyektlər ard-arda boşalır. İllər boyu məişət avadanlıqları, santexnika malları satılan dükanlar niyə fəaliyyətini dayandırır? Obyektlərin boşaldılaraq icarəyə verilməsinə səbəb nədir?

Xezerxeber.az-ın məlumatına görə, obyektlərin üzərində "Kirayəyə verilir", "İcarəyə verilir" yazılıb, hətta hissə-hissə icarəyə təklif olunanı da var.

Sahibkarlar bildirdilər ki, xüsusilə son iki ay ərzində mağazanı bağlayanlar artıb. Burada 15 ildən çox çalışan sahibkarlar səbəb olaraq alıcılıq qabiliyyətinin həddindən artıq aşağı olmasını göstərdilər.

Səbəb kimi bazarda rəqabətin artması, digər ərazilərdə də belə mağazaların çoxaldığını deyənlər də oldu.

Səbəblərdən biri kimi obyektlərin qarşısında qanuni parklanmanın olmasını deyənlər də var idi. Bildirildi ki, dövlət müəssisələrində işləyənlər orada maşınlarını saxlayır, nəticədə mağazaya gəlmək istəyən alıcılar maşın saxlamağa yer tapa bilmirlər. 

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən də mövqe öyrəndik. Bildirildi ki, AYNA tərəfindən Həsən Əliyev küçəsində "ASAN Xidmət" mərkəzinin qarşısında və bəzi digər yerlərdə ödənişli parklanma məntəqələri təşkil olunub. Küçənin digər hissələrində isə hələ ki, ödənişli parklanma yerləri yoxdur. Təşkil olunmuş ödənişli parklanma yerlərində rezervasiya edilmədən istənilən şəxs ödəniş etməklə nəqliyyat vasitəsini parklamaq hüququna malikdir.

İqtisadçı ekspertlər isə bildirirlər ki, həmin ərazidə icarə qiymətləri kifayət qədər yüksək olduğundan, mallar daha baha qiymətə təklif olunur. Alternativ bazarlarda isə qiymətlər daha ucuzdur. Bu da ərazidə ticarətin zəifləməsinə, sahibkarların dükanı bağlamasına səbəb olur.

Son xəbərlər