Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |     13:36 Ermənistan ərazisinə keçən çoban Azərbaycana qaytarılıb  |     13:35 Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA  |     13:27 Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib  |     13:14 İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi  |     13:12 Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi  |     12:56 Bakıda keçirilən beynəlxalq forumun yekununda mühüm sənəd qəbul ediləcək  |     12:49 Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi  |     12:40 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto  |     12:25 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto  |     12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |     11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |     11:57 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır  |     11:55 Kimlərin pensiyalarına əlavələr ediləcək və məbləğ nə qədər olacaq?  |     11:35 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davadan yeni görüntülər (Video)  |     11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |     11:22 "Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb  |     11:07 Bakıda yolların birində hərəkət tam məhdudlaşdırılır  |    
Mojo.az Avto
Mojo.az Avto

Şəmkiri üfunət bürüdü: Əhali narazıdır, sahibkar isə ittihamlarla razılaşmır - VİDEO

28.03.2025 12:12 813
Şəmkiri üfunət bürüdü: Əhali narazıdır, sahibkar isə ittihamlarla razılaşmır - VİDEO
Son günlər Şəmkir şəhərində yayılan xoşagəlməz qoxu sakinlərin ciddi narahatlığına səbəb olub.

Median.Az
Teleqraf.az-a istinadən xəbər verir ki, bir qrup şəhər sakini problemin həlli üçün artıq rayon İcra Hakimiyyətinə şikayət etdiklərini bildiriblər.

Onların sözlərinə görə, üfunətin yayılmasına səbəb Elxan Əliyev adlı sahibkara məxsus quşçuluq müəssisəsindən çıxan peyinin ətrafa yayılmasıdır.

Sakinlərin iddiasına görə, Elxan Əliyev Şəmkir ərazisində yerləşən quşçuluq müəssisəsini alaraq icarəyə verib. Müəssisədən çıxan tullantıların daşınmasını isə sahibkar özü üzərinə götürüb. Lakin sakinlər bildirirlər ki, peyin sahədən çıxarılsa da, gübrə kimi əkin sahələrinə səpildiyindən şəhərə kəskin üfunət yayılır.

Məsələ təkcə Şəmkir şəhəri ilə məhdudlaşmır. Sakinlərin sözlərinə görə, yaxınlıqdakı Yeni Həyat, Çinarlı və digər kəndlərdə də bu pis iy açıq şəkildə hiss olunur və artıq dözülməz həddə çatıb.

Mövzu ilə bağlı sahibkar Elxan Əliyev bildirib ki, deyilənlər həqiqəti əks etdirmir.

"Mən quşçuluq müəssisəsini icarəyə verməmişəm. Özüm işlədirəm. Amma Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də gəlib baxıblar. Qurum tərəfindən mənim cərimə olunmağım da doğru xəbər deyil. İcra Hakimiyyətindən bildirildi ki, peyini əraziyə yığmayın. Mən də gübrə əvəzinə öz sahəmə səpmişəm. Burada qeyri-qanuni heç nə yoxdur. Bütün bunlar mənə qarşı qərəzdir. Heç bir xoşagəlməz iydən də söhbət gedə bilməz", - deyə E.Əliyev söyləyib.

Son xəbərlər