Mojo.az Banner
23:02 İran TRIPP-lə bağlı Paşinyana xəbərdarlıq etdi  |     22:56 "Formula-1"in sabiq rəhbəri həbs olundu  |     22:51 Miqrantların növbəti ünvanı bu Avropa ölkəsi oldu  |     22:43 Bakıya leysan yağdı, küçələri su basdı - VİDEO  |     22:37 Tramp yeni xəritə paylaşdı - Bu əraziləri ABŞ-yə qatdı (FOTO)  |     22:30 Rusiyada yüksəkvəzifəli şəxslər həbs olundu  |     22:25 Paytaxtın velosiped oğrusu saxlanıldı  |     22:19 Bu ölkə Rusiya və Belarusa sərnişin reyslərini qadağan edir  |     22:07 Gedişhaqqı ilə bağlı Açıqlama: “Qarşıdakı 11-12 ay ərzində...”  |     21:50 Şad xəbər: Orta aylıq əmək haqqı bu qədər artdı  |     21:43 Satılan hər 1000 ədəd süfrəlik yumurtaya 30 manat məhsul subsidiyası veriləcək - NAXÇIVANA XÜSUSİ DƏSTƏK  |     21:23 Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb  |     21:21 Sabah bu ərazilərdə qaz kəsiləcək  |     21:09 300 balı siyahıda yox idi, amma qəbulda nəzərə alındı: 627 balla tələbə oldu  |     21:00 Başqasının kosmetikasından “ortaq” istifadə etmək olmaz  |     20:53 Sentyabrda 8 gün iş olmayacaq  |     20:48 Universitetlərə qeydiyyat nə zaman başa çatacaq?  |     20:40 Məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir  |     20:34 Ermənistandan Azərbaycana hansı məhsulların gətirilməsi mümkündür? (VİDEO)  |     20:27 Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur  |    
Left Banner
Right Banner

ABŞ Ukrayna müharibəsilə bağlı BMT-yə öz qətnaməsini təqdim etdi

22.02.2025 15:18 669
ABŞ Ukrayna müharibəsilə bağlı BMT-yə öz qətnaməsini təqdim etdi
Birləşmiş Ştatlar Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin üçüncü ildönümü ilə bağlı BMT-yə qətnamə layihəsi təqdim edib. Bu sənəddə Moskvanın pislənməsi ilə bağlı heç bir ifadə yer almayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə AP yazır.

ABŞ-ın təqdim etdiyi çox qısa qətnamə layihəsində "Rusiya-Ukrayna münaqişəsi zamanı insanların faciəvi şəkildə həlak olması" ilə bağlı kədər ifadə edilir və "münaqişənin tezliklə başa çatması və Ukrayna ilə Rusiya arasında dayanıqlı sülhün təmin olunması" çağırışı yer alır.

Lakin qətnamədə genişmiqyaslı işğal, Rusiyanın beynəlxalq hüququ pozması və onun aqressor dövlət olduğu barədə heç bir qeyd yoxdur.

Moskvadakı daimi nümayəndə Vasili Nebenzya ABŞ qətnamə layihəsini açıq şəkildə alqışlayıb və onu "yaxşı addım" adlandırıb.
Rusiya tərəfi, həmçinin, amerikalıların təqdim etdiyi qətnaməyə düzəliş əlavə edərək orada "Rusiyanın Ukraynaya qarşı müharibəsinin əsas səbəblərinin aradan qaldırılması" ilə bağlı ifadənin yer almasını təklif edib.

Avropa İttifaqı və Ukraynanın təqdim etdiyi qətnamə layihəsində isə – ABŞ-ın uzun illər ərzində ilk dəfə olaraq həmmüəlliflər arasında olmadığı sənəddə – "Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı işğalı"ndan bəhs olunur və Rusiyanın təcavüzünə cavab olaraq BMT Baş Assambleyasında qəbul edilmiş əvvəlki qətnamələrin yerinə yetirilməsinin vacibliyi vurğulanır.

Bundan əlavə, qətnamədə Rusiyaya "bütün silahlı qüvvələrini Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindən dərhal, tam və qeyd-şərtsiz çıxarmaq" tələbi irəli sürülür.

Hər iki qətnamə layihəsi Rusiyanın Ukraynaya müdaxiləsinin üçüncü ildönümünə – bazar ertəsi, 24 fevrala təsadüf edir və həmin gün BMT Baş Assambleyasında səsverməyə çıxarılacaq.

Daha əvvəl KİV ABŞ-ın ilk dəfə olaraq Rusiyanı G7-nin birgə bəyanatında aqressor adlandırmağa qarşı çıxdığını və Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin üçüncü ildönümü ilə bağlı bu sənəddə bu ifadənin yer almaması üçün çalışdığını bildirmişdi.скачать dle 11.3
Mojo.az Banner