Mojo.az Banner
14:37 Azərbaycanda unun topdansatış qiymətləri  |     14:30 Liviyada hərbi kəşfiyyatın rəisi sui-qəsd nəticəsində öldürüldü  |     14:25 Baş prokuror Qubada vətəndaşları qəbul edəcək  |     14:16 Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul etdi  |     14:11 "Paşinyan ziddiyyətli və çaşdırıcı açıqlamalar verir" - Rusiya XİN  |     14:03 İrandan Rusiyaya bibərlərin arasında narkotik aparmaq istədilər - VİDEO  |     13:52 Azərbaycanda 10 heyvan kəsimi məntəqəsində ciddi nöqsanlar aşkarlanıb  |     13:36 Onlayn alış-verişlə bağlı vətəndaşlara XƏBƏRDARLIQ  |     13:35 Aǧcabədidə əkin sahəsini yandıran şəxs saxlanıldı  |     13:00 Rayonlarda şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA  |     12:55 Biznes qurmaq adı ilə iş adamlarını aldadan şəxsə hökm oxundu  |     12:45 Saatlıda yanğın törədən şəxs saxlanıldı  |     12:40 İcra başçısının sürücüsünün ölümü ilə bağlı cinayət işi başlanıldı  |     12:33 Balakəndə ana və oğlunun həlak olduğu qəzada ata da öldü  |     12:07 İnsan saçları okeanı xilas edəcək - Qeyri-adi üsul  |     12:05 “Nizami–28 May” bağlanır: Tələbələrə avtobuslarda güzəşt edilə bilər  |     12:01 Tramp Hörmüz boğazı ilə bağlı SON VƏZİYYƏTİ açıqladı  |     11:54 Kolumbiyada futbol çempionatı dayandırıldı  |     11:43 Filippində daşqınlarda ölənlərin sayı artdı  |     11:43 Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ  |    
Left Banner
Right Banner

Rusiyanın ATƏT PA-da fəaliyyətinin dayandırılması ilə bağlı bəyanat layihəsi Dumaya təqdim edilib

28.06.2024 22:09 1 737
Rusiyanın ATƏT PA-da fəaliyyətinin dayandırılması ilə bağlı bəyanat layihəsi Dumaya təqdim edilib
Rusiya nümayəndə heyətinin ATƏT Parlament Assambleyasındakı işinin dayandırılması ilə bağlı Federal Məclisin hər iki palatasının qətnamə layihəsi Dövlət Dumasına təqdim olunub.

Bu barədə Rusiya KİV parlamentin aşağı palatasının bəyanatına istinadən məlumat yayıb.

Bəyanatda deyilir ki, Rusiya nümayəndə heyəti dəfələrlə ATƏT PA-nın rəhbər orqanlarının iclaslarında və işində bərabər şəkildə iştirak etmək imkanından məhrum edilib.

“Rusiya Federasiyası senatorları və Dövlət Dumasının deputatları əmindirlər ki, öz xalqının iradəsini və maraqlarını ifadə edən parlamentarilərə münasibətdə ATƏT PA-nın tədbirlərində iştirakla bağlı məhdudiyyətlərin tətbiqi qəbuledilməzdir. İndiki şəraitdə ATƏT PA-da konstruktiv dialoqun davam etdirilməsi imkanı yoxdur. Bu səbəbdən Rusiya parlamentinin nümayəndə heyəti ATƏT PA-da iştirakını müvəqqəti dayandırır”, - sənəddə deyilir.

Qeyd edək ki, rəsmi Moskva ATƏT PA büdcəsinə ödənişləri hələ 2023-cü ilin aprelində dayandırıb.

“Rusiya ayrı-seçkilik yanaşmalarının aradan qaldırılması şərtilə struktur daxilində işə qayıtmağa hazırdır”, - sənədin müəllifləri qeyd ediblər.

Qərar qəbul edildiyi gündən qüvvəyə minir.скачать dle 11.3
Mojo.az Banner