Mojo.az Banner
16:25 Xalq artistinin xəsarət aldığı qəzanın təfərrüatı məlum oldu  |     16:06 Bu il Ukraynada 36 azərbaycanlıya vətəndaşlıq, 194 nəfərə isə daimi yaşamaq icazəsi verilib  |     16:04 ABŞ-yə köçmək istəyənlərin nəzərinə: Qanunsuz hesab edilən VİZA QADAĞASI ləğv olundu  |     16:01 Dənizdə boğulduğu deyilən 5 uşaq atası XARİCDƏ SAĞ TAPILDI  |     15:58 Ermənistana buğda və propan daşıyan yük qatarı Biləcəridən yola düşüb  |     15:58 Bakıda 27 yaşlı oğlan BIÇAQLANDI: Qardaşı saxlanıldı  |     15:43 Kamçatkada çarəsiz vəziyyətdə qalan Azərbaycan vətəndaşı XİLAS EDİLDİ – FOTO  |     14:36 Ağstafada "TikTok" üçün video çəkən azyaşlını CƏRƏYAN VURDU  |     14:32 Zaqatalada AĞIR QƏZA: Sürücü yanaraq öldü  |     14:18 Latviya-Belarus sərhədində gizli tunel aşkarlandı: 28 nəfər saxlanıldı  |     14:09 Bakıda rinoplastika əməliyyatından sonra iflic olan 34 yaşlı qadın öldü - FOTO  |     14:06 "Tesla" Çindən milyonlarla elektromobilini geri çağırır - SƏBƏB  |     13:51 Sabunçuda ailə münaqişəsi qanla bitdi: Qətlə yetirilən gəncin qardaşı şübhəli bilinir  |     13:51 Əməkdar jurnalist vəfat etdi  |     13:41 Bakıda M6 ekspres marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR  |     13:35 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:24 Dünyada güclü zəlzələlər artıb: Azərbaycanı nə gözləyir? - ÖLKƏDƏKİ SON VƏZİYYƏT  |     13:23 Tunis sahillərində içində miqrantların olduğu qayıq BATDI  |     13:17 Moskvadan Bakıya uçuşlarda LƏNGİMƏ: İki aviareys GECİKİR - FOTO  |     13:11 Tayvan sahillərində güclü zəlzələ baş verib  |    
Left Banner
Right Banner

Ukrayna ATƏT-in XİN başçılarının iclasında iştirak etməyəcək

28.11.2023 20:50 1 254
Ukrayna ATƏT-in XİN başçılarının iclasında iştirak etməyəcək
Ukrayna nümayəndə heyəti ATƏT-in Skopyedə xarici işlər naziri səviyyəsində keçiriləcək toplantısında iştirak etməyəcək.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi bəyanat yayıb.

İclasa qatılmama səbəbi kimi Ukrayna ATƏT XİN başçılarının iclasında Rusiyanın iştirakını, 2024-cü ildə ATƏT-ə sədrlik etməli olan Estoniyanın namizədliyinin Moskva tərəfindən əngəllənməsi göstərilib.

"Bu gün Rusiya Federasiyası konsensus qaydasından sui-istifadə edərək ATƏT-i məcbur edir və sarsıdır. Rusiya Federasiyası şantaj və açıq təhdidlərə əl atmaqla sistematik olaraq əsas məsələlər üzrə konsensusa mane olub. Estoniyanın 2024-cü ildə ATƏT-in sədrliyinə namizədliyinin qarşısının alınması Rusiyanın sui-istifadəsinin növbəti nümunəsi oldu. Bundan başqa, Rusiya 500 gündən artıqdır ki, üç Ukraynalı ATƏT rəsmisini qanunsuz olaraq həbs edib. Rusiya ATƏT daxilində ekzistensial böhran yaradıb və Təşkilatı öz şıltaqlığının və aqressiyasının girovuna çevirib. Belə bir şəraitdə Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri ilk dəfə olaraq nazirlər səviyyəsində görüşdə Rusiya nümayəndə heyətinin iştirakı Rusiyanın ATƏT-i sürüklədiyi böhranı daha da dərinləşdirəcək. Biz ümumi səylərimizi ATƏT-i Rusiyadan necə xilas edəcəyimizə yönəltməli, 2022-ci ilin fevralından əvvəl Avropada ən böyük silahlı təcavüzü törədən dövlətə 2022-ci ilin fevralından əvvəl mövcud olan əməkdaşlıq formalarına qayıtmağın mümkünsüzlüyü barədə mesajlar verməliyik. Bunu nəzərə alaraq, Ukrayna nümayəndə heyəti xarici işlər naziri səviyyəsində ATƏT-in nazirlər toplantısında iştirak etməyəcək. Eyni zamanda, Ukrayna ATƏT-in prinsiplərinə sadiq qalır və Helsinki Yekun Aktına hörmətin bərpası üçün, xüsusən də Ukrayna Prezidenti Vladimir Zelenskinin Sülh Formulasının həyata keçirilməsi yolu ilə tərəfdaşlarla işi davam etdirməyə hazırdır", Ukrayna XİN-in bəyanatında deyilir.

Xatırladaq ki, 30 noyabr - 1 dekabr tarixlərində Skopyedə ATƏT Nazirlər Şurasının iclası keçiriləcək.

///Apaскачать dle 11.3
Mojo.az Banner