Mojo.az Banner
23:03 Bu qurumlar ləğv olunur  |     22:55 İran XİN ABŞ ilə danışıqlar barədə məlumatları şərh edib  |     22:49 Putin azərbaycanlı alimi təltif etdi  |     22:41 Pensiya ilə bağlı vacib açıqlama: İş stajı 25 ilə çatmayan şəxslər...  |     22:35 Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO  |     22:29 Tramp: "Hörmüz boğazına İranla birgə nəzarət edəcəyik"  |     22:22 Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq  |     22:15 Tramp: İran razılaşmaya hazırdır, Tehran kompromisə getmək niyyətindədir  |     22:08 Bakıda tıxac problemini azaltmaq üçün yeni yollar tikiləcək - VİDEO  |     22:00 Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olunub  |     21:54 Braziliyanın XİN başçısı vətəndaşlarının İrandan təxliyəsinə yardımına görə Azərbaycana təşəkkür edib  |     21:48 "Tamaşaçılar bizim zövqümüzü korlayır"  |     21:40 SEPAH-ın Tehrandakı əsas qərargahı vuruldu  |     21:34 Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO  |     21:21 Ceyhun Bayramov iranlı həmkarı ilə Xəzər bölgəsində təhlükəsizliyi müzakirə edib  |     21:10 KİV: Kolumbiyada göyərtəsində 100-dən çox hərbçinin olduğu təyyarə qəzaya uğrayıb  |     21:02 Şəmkirdə borc üstündə dava: Ana və oğlu döyüldü  |     20:58 "Tasnim": İran qarşıdakı günlərdə müharibə ilə bağlı yeni “sürprizlər” planlaşdırıb  |     20:40 Dollar Yaxın Şərqdə gərginliyin yeni dalğası fonunda yüksəlir  |     20:30 Avropadakı vulkan hər an oyana bilər - Alimlər fəlakət barədə xəbərdarlıq edir  |    
Left Banner
Right Banner

Növbəti illərdə Bakının hansı ərazisindən ev almaq daha ucuz olacaq?

22.02.2025 13:59 543
Növbəti illərdə Bakının hansı ərazisindən ev almaq daha ucuz olacaq?
Abşeron yarımadasının müxtəlif ərazilərində daşınmaz əmlakın qiymətlərində fərqli artım templəri müşahidə olunur. Ekspertlərin fikrincə, son bir neçə ildə əmlak bazarında ciddi durğunluq var. Bu proses uzun müddət davam etsə, satış qiymətlərində stabilləşmə və hətta enməni də görmək mümkün olacaq.

Bəs, görəsən, yaxın gələcəkdə yarımadanın, o cümlədən paytaxtın hansı ərazilərində daha ucuz qiymətə mənzil tapmaq olacaq?

Məsələ ilə əmlak eksperti Elnur Fərzəliyev Trend-ə açıqlamasında deyib ki, Xırdalan şəhərində əmlak paytaxta nisbətən ucuz olsa da, tıxac səbəbindən orada yaşayan insanlar da məcburən öz evlərini sataraq paytaxta doğru gəlməyə çalışırlar:

"Hazırda xüsusən kreditli şərtlərlə alınan əmlaklarda şəhərin Günəşli, Zığ massivi tipli ərazilərinə tələbat daha çoxdur. Həmin ərazilərdə qiymət artımı paytaxta nisbətən daha azdır. Bundan əlavə, paytaxtda yeni metro stansiyalarının açılacağı ilə bağlı xəbərlər yayılıb. Həmin stansiyaların nisbətən kənar ərazilərdə açılacağı bildirilir. Bu səbəbdən həmin ərazilərdə daşınmaz əmlaklara tələbat artacaq, yatırım etmək üçün sərfəli şərait yaranacaq”.

Elnur Fərzəliyev vurğulayıb ki, hazırda qiymət artımı təbii formada olsa da, əksər ərazilərdə süni artımlar da var.

"Bu da istismar müddəti bitən, qəzalı vəziyyətdə olan köhnə binalarda baş verir. Buna da əsas səbəb həmin binaların sökülərək yenitikililərlə əvəzlənməsidir. Artıq azad olunan ərazilərdə tikinti işlərinin sürətlənməsi, yeni iş yerlərinin açılmasına səbəb olur. Bölgələrdən iş üçün gələn insanların böyük bir qismi paytaxta deyil, həmin ərazilərə üz tutur”, - deyə ekspert əlavə edib.

Daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov isə Trend-ə açıqlamasında qeyd edib ki, son dövrlər qiymət artımına daha çox Bakı və Abşeron ərazisi məruz qalıb:

"Bu, Bakıdakı fiziki artım, regionlardan olan yüksək urbanizasiya ilə bağlıdır. Qiymətlərin stabil bahalaşması fonunda vətəndaşların büdcəsi imkan vermir ki, ev alışı üçün yetərli vəsaiti toplaya bilsinlər. Onlar da ipoteka, müxtəlif kredit növlərinə üz tuturlar”.

Onun sözlərinə görə, növbəti illərdə qiymətlərin artması qaçılmaz olacaq.

"Bəzi ərazilərdə təklif tələbdən yüksəkdir. Bunun fonunda qiymətlərin nisbətən stabil və ucuz qalması proqnozlaşdırıla bilər. Buraya ilk növbədə Xırdalan şəhəri ərazisi daxildir. Burada inşaat həcmi kifayət qədər var, təkliflərin sayı həddindən artıq çoxdur. Yol infrasturkturunun inkişafı gələcəkdə həmin ərazilərdə evlərin alışı üçün münbit şərait yaradacaq. Buraya ilk növbədə Xırdalan şəhəri və onun ətrafındakı ərazilər daxildir. Bundan əlavə Masazır qəsəbəsini də qeyd etmək olar. Üçüncü yerdə isə Sumqayıt şəhəri və Hövsan qəsəbəsidir. Burada kifayət qədər daşınmaz əmlak var. Tələbat da yüksək deyil. Bu baxımdan qiymət artımları nisbətən az olacaq”.скачать dle 11.3
Mojo.az Banner