Mojo.az Banner
23:00 700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO  |     22:54 NASA Marsda aşkarlanan həyat izlərini Yerə çatdıra bilmir: Səbəb nədir?  |     22:46 Ceyhun Bayramov və Maqdalena Qrono regiondakı vəziyyəti müzakirə etdilər  |     22:41 “Mançester Yunayted” və “Sabah”ın start heyətləri açıqlandı  |     22:33 Özbəkistan əlifbasını dəyişdi  |     22:28 Londonda kütləvi bıçaqlanma oldu - Yaralılar var  |     22:22 Təmir səbəbindən bu yolda sıxlıq yarandı - VİDEO  |     22:14 Şirvanda ata oğlunun toyunda həbs edildi  |     22:08 AYNA müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır  |     22:03 Rusiyada azərbaycanlıya beşillik qadağa: Ölkədən çıxarıldı  |     21:56 Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO  |     21:49 Azərbaycana ən çox ət bu ölkələrdən gətirilir - RƏSMİ  |     21:43 Gecə restoranın mətbəxinə girdi, samovar və kilolarla ət apardı  |     21:36 Mərkəzi Bank niyə əlavə dollar alır?  |     21:31 Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər  |     21:22 Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama  |     21:17 Xəzər üçün qorxulu proqnoz: 2050-ci ilə qədər...  |     21:11 Rusiyadan ABŞ və İrana ÇAĞIRIŞ  |     21:04 Şəmkirdə istixanada yanğın olub - VİDEO  |     20:59 Bu küçədə hərəkət məhdudlaşdırılacaq  |    
Left Banner
Right Banner

Tələbələrin kirayə problemi: Çıxış yolu nədir?

19.08.2025 22:28 534
Tələbələrin kirayə problemi: Çıxış yolu nədir?
"Hər il avqust ayından sentyabr ayının sonlarına kimi tələbələrin bölgələrdən paytaxta axın etməsi ilə bağlı Bakıda kirayə mənzil bazarında ciddi qiymət artımı və mənzil qıtlığı müşahidə olunur".

Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib.

Ekspertin sözlərinə görə, son illər Bakıda həyata keçirilən söküntülər səbəbindən artıq paytaxtın mərkəz və mərkəzə yaxın, xüsusən də ali təhsil müəssisələrinin yerləşdiyi ərazilərində kirayə mənzil tapmaq çətinləşib:

"Fərdi yaşayış evlərindən ibarət olan yaşayış massivləri və köhnə çoxmənzilli yaşayış binaları söküldüyündən artıq tələbələr üçün münasib əlçatan qiymətə mənzil tapmaq müşkül məsələyə çevrilib. Bu səbəbdən tələbələrin böyük əksəriyyəti ali təhsil müəssisələrinə yaxın ərazilərdə mənzil tapa bilmədiklərin görə Bakı ətrafı - Abşeron, Xırdalan və Masazır əarzilərinə üz tutur. Bu da onların gündəlik bir neçə saatlarının yollarda itirilməsinə və nəqliyyata əlavə pul xərcləməsinə gətirib çıxarır".

Ekspert Bakının Baş Planının təsdiq olunduğunu xatırladıb:

"2040-cı ilə kimi Bakı şəhəri Baş Planda əks olunmuş formada olacaq. Bu isə onu deməyə əsas verir ki, yaxın gələcəkdə paytaxt ərazisində kütləvi şəkildə baş verən söküntülər səbəbindən nəinki tələbələr, hətta digər ölkə vətəndaşları üçün əlçatan qiymətə mənzillərin tapılması mümkünsüz olacaq. 30 il əvvəl bütün ali təhsil müəssisələrinin yataqxanaları mövcud olsa da, I Qarabağ müharibəsi səbəbindən məcburi köçkünlər həmin yataqxanalara sığındı. Artıq dövlət tərəfindən həm məcburi köçkünlər evlə təmin olunub, digər tərəfdən azad olunmuş ərazilərimizdə gedən sürətli tikinti-bərpa işlərinə görə məcburi köçkünlər öz yurd-yuvalarına qayıdır".

Elnur Fərzəliyev hesab edir ki, mövcud olan böyük tələbə yataqxanalarının əksəriyyəti yaşayış üçün yararsız və qəzalı vəziyyətdədir:

"Lakin onların torpaq sahələrinin geniş və keçmiş yataqxanaların ali təhsil müəssisələrinə yaxın məsafədə olması bunu deməyə əsas verir ki, həmin yataqxanalar sökülsə, onların yerində daha müasir, hündürmərtəbəli tələbə yataqxanaları inşa etməklə tələbələrin böyük hissəsinin mənzil problemini aradan qaldırmaq olar. Başqa bir tərəfdən isə hər hansı ali təhsil müəssisəsi həmin ərazidə yeni, daha hündür, müasir çoxotaqlı tələbə yataqxanaları inşa edərsə, bu qısa müddət ərzində həmin yataqxanaya xərclənmiş vəsaitin geri qaytarılması ilə bərabər, həmçinin 5 ildən sonrakı dövrdə həm yataxanalar həmin ali təhsil müəssisələrinə külli miqdarda gəlir gətirmiş olar. Bu da ali təhsil müəssisələrinin gəlirlərinin, həmçinin orada dərs deyən müəllimlərin və işçi heyətinin əmək haqqının artmasına gətirib çıxara bilər. Bəzi ərazilərdə tələbə yataqxanaları mövcud olsa da, onların qiymətləri kirayə mənzillərlə demək olar, eyniləşib. Bu baxımdan tələbə yataqxanaları dövlət xətti ilə inşa edilərsə, onların aylıq kirayə qiymətləri tələbələrin büdcələrinə uyun olarsa, hər bir tələbə ali təhsil müəssisəsinə yaxın yataqxanalarda yerləşmiş olar. Bu da həmin ali təhsil məssisəsinin büdcəsinə gəlir deməkdir".

Elnur Fərzəliyev əlavə edib ki, həm söküntülər, həm də daşınmaz əmlakların satış qiymətlərinin artması səbəbindən mənzillərin kirayə qiymətləri də ilbəil bahalaşır.
скачать dle 11.3
Mojo.az Banner