Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:45 Azərbaycanda daha 90 mənzil satışa çıxarılır: Aylıq ödənişlər 445 manatdan başlayır | 17:43 Məhkəmə qərarından yayınan keçmiş hakim cərimələndi | 17:41 Küləyin sürəti artacaq - Xəbərdarlıq | 17:30 Prezident İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib | 17:28 Sənədsiz ev alanların sayı azalır – SƏBƏBİ AÇIQLANDI | 17:26 Azərbaycanlı güləşçinin qanında qadağan olunmuş maddə tapıldı | 17:25 Gənclərin çağırışaqədərki hazırlığı ilə bağlı yeni qaydalar təsdiqləndi | 17:23 Ramiz Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində ifadə verdilər | 16:59 Bakıda tanınmış iş adamı vəfat etdi | 16:51 Dövlət sərhədini pozan Əfqanıstan vətəndaşlarına hökm oxundu | 16:51 Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulacaq | 16:36 Tanınmış türkiyəli müğənni faciəli şəkildə öldü | 16:34 Temperatur 5 dərəcə enəcək, intensiv yağış yağacaq - Xəbərdarlıq | 14:34 Sabiq nazirə məxsus olduğu deyilən milyonluq şirkətin əmlakı satışa çıxarılır | 14:23 Metronun iş vaxtı dəyişdirilir | 13:53 Azərbaycanda vəzifəli şəxslərə yeni məhdudiyyətlər qoyulur | 13:22 Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ | 13:11 Sabiq nazirə məxsus olduğu deyilən milyonluq şirkətin əmlakı satışa çıxarılır | 12:51 Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq: Şirkət direktoru hakim qarşısında | 12:50 Sərxoş halda dəfələrlə "102"yə zəng edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Mənzillərin bir kvadratmetri 400 manata kimi bahalaşıb - VİDEO

14.11.2023 12:04 1 311
Mənzillərin bir kvadratmetri 400 manata kimi bahalaşıb - VİDEO
Bakının mərkəzi hissələrində əmlaklar baha olsa da, onların qiymət artımı kənardakına nisbətən cüzi dərəcədədir.

Xezerxeber.az-ın məlumatına görə, bunu əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

O bildirib ki, bunun səbəbi şəhərətrafı ərazilərə nisbətdə mərkəzdəki evlərə və mənzillərə tələbatın az olmasıdır.

Ekspert əlavə edib ki, Abşeron rayonunda, Xırdalan və Sumqayıt şəhərlərində 3-4 il bundan əvvəl yeni tikili binalarda mənzillərin 1 kvadratmetri 700-800 manata satılırdısa, hazırda həmin ərazilərdə mənzillərin 1 kvadratmetrinin qiyməti 1100 -1200 manat arasında dəyişir. Amma Bakının mərkəzində mənzillərin 1 kvadratmetrinin qiymətində artım 10 faizə qədər olub.

Ekspert vurğulayıb ki, vətəndaşlar çıxarışı olmayan və ya müqaviləli şəkildə satılan hər hansı əmlakı alarkən onun haqqında ətraflı araşdırma aparmalıdırlar. Çünki bu, onları gələcəkdə baş verə biləcək mümkün risklərdən, dələduzluq hallarından qoruyacaq.

Elnur Fərzəliyev hesab edir ki, kapitallaşma baxımından da kənar ərazilərdən daşınmaz əmlak almaq daha sərfəlidir. Çünki müəyyən müddətdən sonra həmin əmlakların qiymətinin mərkəzə nisbətən daha çox artacağı gözlənir.

Mövzu ilə bağlı videomaterialı təqdim edirik:

Son xəbərlər