Rusiyadakı Azərbaycan vətəndaşları üçün YENİLİK: Nə dəyişəcək? » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:03 "Ukraynaya sülhməramlı göndərməkdən danışmaq hələ çox tezdir"  |     19:41 Qanunsuz ağackəsmədə təqsirləndirilən vəzifəli şəxslər barədə qərar verildi  |     19:26 İçdiyi viskinin şüşəsi ilə atasını öldürən şəxs cəzadan AZAD EDİLDİ  |     19:21 Xocalıda mina partladı: Müharibə iştirakçısı yaralandı  |     19:12 Həbsdə yatan nişanlıya qeyri-adi "yemək": Qazandan iki telefon çıxdı  |     18:56 Hava şəraitinin pisləşməsi ilə bağlı gəmilər sığınacaqlara çəkiliblər  |     18:53 Lerikdə polis tərəfindən 10 kiloqram narkotik aşkarlanıb  |     18:51 Azərbaycanda yeni dövlət agentliyi yaradılır - FƏRMAN  |     18:47 Sərnişinlərin DİQQƏTİNƏ: Bu gün avtobuslar saat 21:30-dək işləyəcək  |     18:44 Əhmədlidəki binaların bir hissəsini istiliklə təmin edən xətlərdə temperatur normadan aşağı düşüb  |     18:42 Hava şəraiti ilə əlaqədar iki universitetdə dərslər onlayn keçirilir  |     18:34 Məhkəmə Nurlan Libre barəsində qərar verdi  |     16:27 Alimlər heyrətdə: Xərçəng hüceyrələrinin sağ qalmaq üçün hansı yola "baş vurduqları" öyrənildi  |     16:26 Şri-Lankada timsah kişini şəhərin ortasında parçaladı  |     16:16 ABŞ-nin vitse-prezidenti Avropa üçün əsas təhlükəni açıqlayıb  |     15:55 Rütte: "Ukraynanın NATO-ya üzvlüyü sülh sazişinin bir hissəsi olmayacaq"  |     15:54 Mask Ukrayna üçün ayrılan pulların hara getdiyini açıqladı  |     15:52 Kosmosdan baxanda Yerdəki insanın üzünü ayırd edən kamera hazırlandı  |     15:50 Bakı metropolitenində tikiləcək 10 stansiya ilə bağlı İŞLƏRƏ BAŞLANDI (VİDEO)  |     15:22 Reper Dreyk konsertində hamilə fanatına 30 min dollar verdi  |    

Rusiyadakı Azərbaycan vətəndaşları üçün YENİLİK: Nə dəyişəcək?

Rusiya Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrindən gələn əmək miqrantlarına qarşı sərt qaydaların tətbiqinin dövlət maraqlarına cavab vermədiyini anlayıb. Bunu rəsmi səviyyədə ilk dəfə olaraq ölkənin xarici işlər naziri Sergey Lavrov dilə gətirib.

Lavrov Dövlət Dumasında çıxışı zamanı bu məsələyə toxunub. O deyib ki, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrindən gələn əmək miqrantlarına qarşı sərt qaydaların tətbiqi, onlardan viza istənilməsi Rusiyanın uzunmüddətli maraqlarına xidmət etmir. Buna görə də Lavrov təklif edir ki, miqrantların davranışlarına nəzarət gücləndirilməlidir, lakin bu, maneələrə çevrilməməli və viza rejimi tətbiq olunmamalıdır. Onun sözlərinə görə, bu proses Rusiyaya əmək miqrasiyasına mənfi təsir edəcək.

Xatırladaq ki, Rusiyanın müvafiq qanunvericiliyinə edilən bir sıra dəyişikliklərə əsasən, 2025-ci ilin yanvarın 1-dən miqrasiya sahəsində yeni qaydalar qüvvəyə minib. Bu qaydalar Azərbaycan vətəndaşlarına da aiddir. Yeniliyə əsasən, həmin tarixdən etibarən Azərbaycan vətəndaşlarının Rusiya ərazisində müvəqqəti olma müddəti bir il ərzində cəmi 90 gün olacaq. Bu müddət yalnız əmək fəaliyyəti üçün patent aldıqda, müvəqqəti yaşamaq üçün müraciəti qəbul olunduqda və s. kimi hallarda uzadıla bilər. Əks təqdirdə həmin şəxs Rusiya ərazisini tərk etməlidir. Mövcud olan qanunvericiliyinin tələblərinə əsasən Rusiyaya daxil olan zaman əcnəbilərdən, o cümlədən Azərbaycan vətəndaşlarından miqrasiya kartının doldurulması tələb olunur.

Lavrovun miqrasiya qaydalarının Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri üçün yumşaldılması çağırışı təbii ki, onun şəxsi fikri deyil, bu, əslində Rusiya hökumətinin mövqeyini əks etdirir. Rusiya hökumətinin bu məsələdəki narahatlığı anlaşılandır. Prinsip etibarilə Rusiya elə bir demoqrafik imkanlara sahibdir ki, o, hər zaman miqrantlara möhtac qalacaq. Rusiya təbii artımı olmayan, əmək qüvvəsi davamlı azalan ölkələrdən biridir. Böyük ərazisi (17,1 milyon kvadrat kilometr) olan Rusiyanın əhalisinin sayı son 30 ildə davamlı azalıb. 1992-ci ildə 148 milyon nəfər olan əhali sayı hazırda 143,6 milyona bərabərdir. Əslində son 30-33 ildə Rusiya əhalisinin sayı daha çox azala bilərdi. Azalmanın zəif olmasının səbəbi Rusiyadan kənarda, keçmiş sovet respublikalarında yaşayan təxminən 25 milyon etnik rusun önəmli hissəsinin Rusiyaya miqrasiya edib, vətəndaşlıq alması ilə bağlıdır.

Proseslər göstərir ki, Rusiyaya artıq rus miqrantlar gəlmir. Belə olan vəziyyətdə ölkənin əmək bazarının işçi qüvvəsinə olan tələbatını ödəmək üçün hökmən digər millətlərin nümayəndələrindən olan xarici vətəndaşların miqrasiyasına şərait yaradılmalıdır. Ukrayna-Rusiya müharibəsindən sonra miqrantlara ehtiyac daha da artıb. Qərb mənbələrinə görə artıq üç ildir ki, davam edən müharibə müddətində Rusiya 1 milyon insanını itirib. Onların bəziləri dünyasını dəyişib, bəziləri isə əlil vəziyyətinə düşüb.

Ölən və əlil olan insanlar Rusiyanın həm də əmək bazarının itkisidir. Bu itkini, boşluğu doldurmaq üçün hökmən yeni miqrantlara ehtiyac var və Rusiya onlarsız nə kənd təsərrüfatını, nə sənayesini, nə xidmət sektorunu işlədə bilər. İndi Rusiya qarşısında dayanan əsas məsələ miqrantların hansı ölkələrdən cəlb edilməsidir. Rusiya üçün ən uyğun əmək bazası keçmiş sovet respublikalarıdır. Çünki bu respublikaların əhalisi az və ya çox dərəcədə rus dilini bilir, rus mədəniyyətinə, adət-ənənələrinə bələddir, Rusiyanın ictimai və sosial həyatına daha tez uyğunlaşa bilirlər. Məhz bununla əlaqədar olaraq son 33 ildə Rusiyaya gələn miqrantların böyük hissəsini sovet respublikalarının vətəndaşları təşkil edib.

Rusiyanın açıqladığı statistika göstərir ki, gələn miqrantların böyük hissəsi Özbəkistan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Ermənistan, Azərbaycan, Qazaxıstan və Gürcüstan vətəndaşları olub. Amma Ukrayna ilə müharibə başlayandan sonra Rusiyaya gələn əcnəbilərin sayında azalma baş verdi, hətta Rusiyada işləyənlərin bəziləri ölkəni tərk etdilər.Belə bir vəziyyətdə yeni sərt qaydaların da tətbiqi miqrantların sayının azalmasına səbəb olacağından artıq Rusiya hökumətində bir qədər yumşalmaya gedilməsi, heç olmasa qaydaların Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin vətəndaşları üçün yumşaldılması çağırışları eşidilməkdədir.

Lavrovun bu açıqlaması da göstərir ki, miqrasiya qaydalarının sərtləşdirilməsi Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin cəmiyyətlərində Rusiyaya qarşı inamı zəiflədir, Rusiyanın əmək bazarında kadr çatışmazlığını dərinləşdirir və bu, ümumən uzunmüddətli dövrdə ölkə iqtisadiyyatında aktivliyə mənfi təsir göstərəcək.

Bu qorxu Rusiyanı Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin vətəndaşları üçün qaydalarda yumşaldılmaya məcbur edəcək.

©sfera.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            138 20.02.25 16:58