Mojo.az Banner
22:59 Paytaxtdakı bu nişan sürücülərin cərimələnməsinə səbəb olur — VİDEO  |     22:52 Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?  |     22:46 Dövlətə xəyanət: 4 nəfər barəsində qərar verildi  |     22:40 Saxta balı sıradan çıxaracaq yeni sanitariya norma və qaydaları gəlir - (Video)  |     22:31 Pay torpaqları vətəndaşlardan alınacaq? - Komitə üzvündən VACİB AÇIQLAMA  |     22:26 Gecə cəmi 11 dəqiqə artıq yatmaq ürək sağlamlığı üçün nə qədər əhəmiyyətlidir?  |     22:20 Nömrə 1000 dollara, maşın pulsuz satılır  |     22:14 Dövlət qurumunda 1700 işçi çıxıb  |     22:06 Bacısının evində qonaq qaldı, 1050 manatlıq oğurluq etdi  |     22:00 Peşə təhsili müəssisələrinə tələbə qəbulu: II mərhələnin nəticələri AÇIQLANDI  |     21:53 İşdən çıxarılan sabiq direktor məktəbin sanitar qovşağını sökdürdü - VİDEO  |     21:47 Nəticələr açıqlandı: 1467 namizəd müəllim adını qazandı  |     21:40 Bakıda bəzi yollar bağlanacaq  |     21:33 Bu 3 bürcə möcüzə gəlir  |     21:27 Bakıda bu poliklinikalar TƏMİR OLUNACAQ  |     21:17 Məzuniyyət neçə gün olmalıdır? - Staja və vəzifəyə görə fərqli qaydalar  |     21:14 Bu avtomobillər 600 manatdan satışa çıxarılır  |     21:09 Biləcəri enişində yolun bağlanması prosesi gecikib - SƏBƏB  |     20:51 Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub  |     20:51 İsveçrəyə səfir təyin olunan Vaqif Sadıqov kimdir? - DOSYE  |    
Left Banner
Right Banner

Bəzi dövlət orqanı əməkdaşlarına tətbiq olunacaq həvəsləndirmə tədbirləri - SİYAHI

17.02.2025 16:22 930
Bəzi dövlət orqanı əməkdaşlarına tətbiq olunacaq həvəsləndirmə tədbirləri - SİYAHI
Vəzifə funksiyalarının nümunəvi icrasına və ya xidməti nailiyyətlərinə görə fərqlənmiş diplomatik xidmət orqanı əməkdaşlarına həvəsləndirmə tədbirləri tətbiq oluna bilər.

President.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Diplomatik xidmət haqqında qanun"da əksini tapıb.

Sənədə əsasən, həmin həvəsləndirmə tədbirləri aşağıdakılardır:

təşəkkür elan edilmə;

pul mükafatı;

qiymətli hədiyyə ilə mükafatlandırılma;

fəxri fərman ilə təltif edilmə;

növbəti diplomatik rütbənin vaxtından əvvəl verilməsi;

qüvvədə olan intizam tənbehi tədbirinin vaxtından əvvəl götürülməsi.

Həvəsləndirmə tədbirinin tətbiqi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbəri tərəfindən həyata keçirilir.

Diplomatik xidmət orqanı əməkdaşları fərdi və ya kollektiv qaydada həvəsləndirilə bilərlər.

Diplomatik xidmət orqanı əməkdaşının fərdi həvəsləndirilməsi onun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsinə uyğun olaraq, habelə diplomatik xidmət orqanının əməkdaşı tərəfindən vəzifə funksiyaları nümunəvi icra edildikdə, fəaliyyətində yüksək nailiyyətlər əldə olunduqda, mühüm tapşırıqlar vaxtında və keyfiyyətlə yerinə yetirildikdə həyata keçirilir.

Diplomatik xidmət orqanı əməkdaşlarının kollektiv həvəsləndirilməsi diplomatik xidmət orqanının fəaliyyət istiqamətləri üzrə işlər və ya mühüm tapşırıqlar vaxtında və keyfiyyətlə yerinə yetirildikdə, habelə Azərbaycan Respublikasının bayram günləri ilə və digər əlamətdar hadisələrlə əlaqədar həyata keçirilir.

Diplomatik xidmət orqanı əməkdaşları xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının orden, medal və fəxri adları ilə təltif olunmaq üçün təqdim oluna bilərlər.

Diplomatik xidmət orqanı əməkdaşlarının mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) diplomatik xidmət orqanı əməkdaşları üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 (üç) misli həcmində əlavə vəsait nəzərdə tutulur.скачать dle 11.3
Mojo.az Banner