Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Trampın Rusiya və Çinə sensasion tələbi

15.02.2025 13:16 684
Trampın Rusiya və Çinə sensasion tələbi
ABŞ Prezidenti Donald Tramp çoxsaylı təkliflərinə birini də əlavə edib. O, Rusiya və Çinə hərbi büdcələrini 50 faiz azaltmağı təklif edib. Ağ Ev sahibi bununla bağlı beynəlxalq konfrans keçirməyə hazır olduğunu bildirib.

Median.Az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Tramp Moskva və Pekinə hərbi arsenallarını azaltmağı da təklif edib:

“Donald Trampın sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Szinpin onun bu təklifini bəyəniblər. Halbuki Putin və Szinpin Trampın təklifini bəyəndiyinə dair açıqlama verməyiblər. Bu, indiki şərtlər altında mümkün də deyil. Əksinə, Rusiya və Çin hərbi büdcələrini ildən-ilə artırırlar. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə görə hərbi xərclərini daha da artırıb, hərbi-sənaye kompleksinə yeni sifarişlər verib, Çin isə Hind və Sakit okean bölgəsində hərbi gəmilərinin sayını artırıb.

Putin və Szinpin yalnız o şərtlə Trampın təklifin qəbul edə bilərlər ki, ABŞ-la yanaşı, Vaşinqtonun müttəfiqləri də hərbi büdcələrini azaltsınlar.

Digər tərəfdən ABŞ tərəfdaşları olan Hindistan, Avstraliya və Yaponiya ilə birgə QUAD təşkilatını gücləndirib. Bu təşkilat çərçivəsində 4 ölkə arasında hərbi əməkdaşlıq genişlənib, bölgədə birgə hərbi təlimlər keçirilir. Pekin QUAD təşkilatını Çin üçün təhlükə kimi qiymətləndirir. Aydındır ki, Pekin Vaşinqtondan QUAD təşkilatının buraxılmasını tələb etsə, Donald Tramp Çin hakimiyyətinin bu istəyini yerinə yetirməyəcək. Misal üçün bir neçə gün əvvəl Çinin qırıcı təyyarələri Cənubi Çin dənizinin hava sahəsində Avstraliyanın təyyarəsinə yaxın məsafədə uçuşlar həyata keçirib. Avstraliyanın müdafiə naziri Riçard Marles mövcud vəziyyətdən narahatlığını bildirib. Çin Xarici İşlər Nazirliyi isə əksinə, Avstraliya təyyarəsini Çinin hava məkanına “qəsdən müdaxilə etməkdə” və milli təhlükəsizliyini “təhdiddə” ittiham edib. Belə vəziyyətdə Çinin hərbi büdcəsini azaldacağını gözləmək mümkün deyil”.

Politoloq xatırladıb ki, Tramp telefonla Vladimir Putin və Si Szinpinlə ayrılıqda danışsa da, Moskva və Pekinin Ağ Ev sahibinə etibarı yoxdur:

“Təsadüfi deyil ki, Rusiya Senatının üzvü, Kremlə yaxınlığı ilə bilinən Aleksey Puşkov Donald Trampın Rusiya ilə Çin arasında ittifaqı pozmağa çalışdığını bildirib. Puşkov bunu ona görə deyib ki, Tramp Rusiyanı “Böyük səkkizliy”in (G8) sırasına qaytarmaq istəyir. Tramp həqiqətən vaxtilə Rusiyanın “Böyük səkkizlik” dən çıxarılmasını səhv qərar adlandırıb. Həmin qrupda Çin yoxdur. Buna görə də Puşkov hesab edir ki, Tramp Rusiyanı Çindən uzaqlaşdırmaq istəyir. Məntiq ondan ibarətdir ki, Rusiya-Çin ittifaqı həqiqətən ABŞ üçün təhlükə mənbəyidir. Vaşinqton bunlardan birini mümkün qədər öz tərəfinə çəkməyə çalışmalıdır. Donald Tramp Rusiyanı seçib. Onun rəqibi Çindir”.

Son xəbərlər