Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Polşa prezidenti NATO ölkələrinə minimum müdafiə xərclərini artırmağı təklif edəcək

11.03.2024 21:01 1 455
Polşa prezidenti NATO ölkələrinə minimum müdafiə xərclərini artırmağı təklif edəcək
Polşa prezidenti Anjey Duda və baş nazir Donald Tusk ABŞ-a səfər edəcək və burada NATO-ya üzv ölkələrin müdafiə xərclərinin minimum səviyyəsini ÜDM-in 2%-dən 3%-ə qədər artırmağı təklif edəcəklər.

Qaynarinfo "Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə Duda jurnalistlərə bildirib.

Qeyd olunur ki, Polşa liderlərinin ABŞ prezidenti Co Baydenlə Ağ Evdə görüşü martın 12-i çərşənbə axşamına planlaşdırılıb. Cümə axşamı, martın 14-də NATO üzvləri, o cümlədən Baş katib Yens Stoltenberqlə danışıqlar aparılacaq.

Bloomberg yazır ki, Varşava Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbindən NATO-nun şərq cinahını gücləndirməyə çalışır, ona görə də Duda danışıqlarda xərc səviyyəsinin artırılmasını təklif edəcək. O, hesab edir ki, özünü müdafiə edə bilən güclü NATO ölkələrinə "heç kim hücum etməyə cəsarət etməyəcək”.

Qeyd edək ki, Dudanın təklifi ABŞ prezidentliyinə namizəd Donald Trampın keçən ay Rusiyanı müdafiəyə yetərincə töhfə verməyən NATO ölkələrinə hücum etməyə "sövq edəcəyini” söyləməsindən yaranıb.

Ağ Ev Trampın bəyanatını "dəhşətli” və "anormal” adlandırıb.

Bundan əvvəl Fransadan olan Avropa komissarı Tyerri Breton bildirib ki, 2020-ci ildə Donald Tramp Avropa İttifaqına Avropaya hərbi hücum olacağı təqdirdə ABŞ-ın köməyə gəlməyəcəyi barədə xəbərdarlıq edib.

Almaniyanın müdafiə naziri Boris Pistorius fevral ayında bildirib ki, Rusiya 5-8 ildən sonra NATO ərazisinə hücum edə bilər.

Fevralın 13-də Estoniya kəşfiyyatı xəbərdarlıq etdi ki, Rusiya qarşıdakı on il ərzində Qərblə hərbi qarşıdurmaya hazırlaşır və yalnız qüvvələrin güclənməsi onun qarşısını ala bilər.

Fevralın 16-da "Financial Times” qəzeti Ukrayna kəşfiyyatının məlumatlarına istinadən yazıb ki, Putin Baltikyanı ölkələrə qarşı müharibəyə hazırlaşır. Rusiya Baltikyanı ölkələr və Finlandiya ilə sərhəddə yerləşdirilən qoşunlarının sayını iki dəfə artırmaq niyyətindədir.

Son xəbərlər