Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:27 Dilarə Əliyevaya vəzifə verildi  |     17:18 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı  |     17:12 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb  |     16:42 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     16:40 Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edildi  |     15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |     13:26 Bakıda kişi 2 kişini aldadıb 455 min manat pullarını aldı  |     13:21 Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası  |    
Mojo.az Avto
Mojo.az Avto

Los-Ancelesdə meşə yanğınları sığortaçılara 40 milyard dollara başa gələcək

13.02.2025 19:39 1 476
Los-Ancelesdə meşə yanğınları sığortaçılara 40 milyard dollara başa gələcək
ABŞ-nin Kaliforniya ştatının Los-Anceles dairəsində meşə yanğınlarından zərərçəkənlərə sığorta ödənişləri sığortaçılara təxminən 40 milyard dollara başa gələcək.

Median.Az
TASS-a istinadən xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Qeyd edək ki, meşə yanğınları nəticəsində ümumi iqtisadi zərər 250 milyard dollardan çoxdur.

Ekspertlər qeyd edirlər ki, dəymiş zərərin ödənilməsi Kaliforniya ştatının sığorta sektorunun üzləşdiyi böhran fonunda baş verir. Burada hələ təbii fəlakətdən əvvəl "istehlakçıların hüquqlarının müdafiəsi qaydalarının sərtləşdirilməsi və tez-tez təbii fəlakətlərin baş verməsi səbəbindən" sığortaçılar tərəfindən göstərilən xidmətlərin həcmində azalma qeydə alınıb. ABŞ-nin ən böyük sığorta şirkətlərindən biri olan “American International Group” üç il əvvəl Kaliforniyada ev sahiblərinin əksəriyyətinə yeni polislər təklif etməyi dayandırıb.

Sığorta agentləri bildirirlər ki, Kaliforniyada istehlakçıların hüquqlarının müdafiəsi haqqında qüvvədə olan qanun ştatda kifayət qədər mənfəət əldə etməyə imkan vermir. “Howden Insurance” şirkətinin məlumatına görə, 2019-2023-cü illər ərzində ştatda tanınmış şirkətlər tərəfindən verilən sığorta polislərinin sayı 340 min azalıb.

Kaliforniyanın ən böyük özəl sığorta şirkəti olan “State Farm” yanvar ayında baş vermiş yanğınlarla bağlı xərcləri kompensasiya etməyə kömək etmək üçün ştatın sığorta tənzimləyicisinin tarifi 22 % artırmasına müvəffəq olmağa çalışır.

Son xəbərlər