Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:56 Bakıda keçirilən beynəlxalq forumun yekununda mühüm sənəd qəbul ediləcək  |     12:49 Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi  |     12:40 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto  |     12:25 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto  |     12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |     11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |     11:57 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır  |     11:55 Kimlərin pensiyalarına əlavələr ediləcək və məbləğ nə qədər olacaq?  |     11:35 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davadan yeni görüntülər (Video)  |     11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |     11:22 "Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb  |     11:07 Bakıda yolların birində hərəkət tam məhdudlaşdırılır  |     11:01 Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal  |     23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |    
Mojo.az Avto
Mojo.az Avto

Los-Ancelesdə meşə yanğınları rekord sığorta itkilərinə səbəb olub: "Fukusima" fəlakətini üstələyib

29.07.2025 17:01 1 086
Los-Ancelesdə meşə yanğınları rekord sığorta itkilərinə səbəb olub:
ABŞ-də yanvar ayında Los-Ancelesi bürümüş meşə yanğınları rekord sığorta itkilərinə gətirib çıxarıb və 2011-ci ildə Yaponiyada baş vermiş "Fukusima" fəlakətindən sonra sığorta şirkətlərinin itkilərini üstələyib.

Bu barədə "Munich Re" sığorta şirkəti məlumat yayıb.

"Dünyada baş verən təbii fəlakətlər artıq ilin birinci yarısında 80 milyard dollar məbləğində sığorta itkisinə səbəb olub, 2025-ci ilin ilk həftələrində Los-Anceles bölgəsində və onun ətrafında baş verən yanğınlar isə ümumi məbləğin yarısını təşkil edib", - deyə hesabatda qeyd olunub.

İddia edilib ki, 2011-ci ildə "Fukusima-1" atom elektrik stansiyasında qəzaya səbəb olan zəlzələ və sunamidən sonrakı sığorta itkilərini bu dərəcədə yüksək olmayıb.

Xatırladaq ki, yanvarın 7-də Los-Ancelesin qərb hissəsində küləyin təsiri ilə güclənən meşə yanğını başlayıb. Alovun yayılma sahəsi 11 min hektarı ötüb. Kaliforniyada meşə yanğınları ştatın tarixində ən dağıdıcı olub.

Həmin vaxt ABŞ prezidenti Co Bayden böyük fəlakət rejimi elan etmişdi. İlkin məlumatlara görə, Kaliforniyada meşə yanğınlarının zərəri 135-150 milyard dollara çata bilər.

Son xəbərlər